Atom bombasının yaradılmasına dair ilk hesabat sənədi hərracda satıldı - Oppenheymer imzalamışdı...
C. Robert Oppenheymer tərəfindən imzalanan və atom bombasının yaradılmasını təsvir edən Manhetten layihəsi adlı hesabat hərracda satılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 200 səhifəlik hesabat 53 min 594 dollara alıcı tapıb.
Hesabatda Manhetten layihəsinin texniki və inzibati aspektləri, dünyanın ən dağıdıcı silahının hazırlanması təsvir edilib. Sənədi tanınmış alimlər - dünyanın ilk nüvə reaktorunun yaradıcısı Enriko Fermi, Los Alamos laboratoriyasına rəhbərlik etmiş fizik C. Robert Oppenheymer, Nobel mükafatı laureatı Ernest Lourens, neytronu kəşf edən Ceyms Çedvik və başqaları imzalayıblar.
Hərrac evi Oppenheymerin 1952-ci ildə "Look" jurnalının müxbiri Stiven Uayta çap maşınında yazaraq göndərdiyi məktubunu da satışa çıxarıb. Oppenheymerin atom bombasını "təcavüzkarların silahı" olaraq xarakterizə etdiyi və imzaladığı məktub 17 min 270 dollara satılıb.
Satış Kristofer Nolanın "Oppenheymer" filminin "Oscar" mükafatlarında yeddi nominasiya üzrə qalib gəlməsindən bir neçə gün sonra "RR" hərracında baş tutub.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1016 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyun