Terrorçuların icra başçısı ilə birgə öldürmək istədikləri ingilis dili müəllimi kimdir?

Terrorçuların icra başçısı ilə birgə öldürmək istədikləri ingilis dili müəllimi kimdir?"Terrorçu təşkilatlar arasında da rəqabət gedir. Hansısa terror təşkilatı bir ölkədə qətliam törədirsə, digər terror təşkilatı rəqibindən və ya müttəfiqindən geri qalmamaq üçün başqa məkanda terror aksiyasi planlaşdırma həvəsinə düşə bilər. Bu, həm də maliyyənin kimə çatacağı ilə əlaqəlidir. Əl-Qaidə lideri Üsamə Ben Laden müxtəlif ölkələrdə real "nəticə" əldə edə bilən qrupları maliyyələşdirirdi. Misal üçün Üsamə Ben Laden 2001-ci ildə ABŞ-da terror planlaşdıran qrupun "nəticə" əldə edə biləcəyini yəqin etdikdən sonra planın reallaşması üçün həmin qrupa maliyyə ayırdı".

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook hesabında yazıb. E.Şahinoğlu qeyd edib ki, İŞİD-ə bağlı qrup Moskvada konset salonuna terror hücumu təşkil etdikdən iki gün sonra Sankt-Peterburqda böyük ticarət mərkəzi boşaldıldı:

"Böyük ehtimalla Rusiyanın kəşfiyyat xidmətləri həmin ticarət mərkəzinə də terror hücumunun mümkünlüyü barədə məlumat əldə ediblər. Moskvadakı terror hücumundan sonra Fransada da ən yüksək səviyyəli terror təhlükəsi elan olunub. Deməli, Suriya və İraqda ağır zərbələr alan terrorçu qruplar Moskvadakı terror hücumundan ruhlanaraq başqa ölkələrdə aksiyalar keçirmək üçün hərəkətə keçiblər.

Bu arada, Dövlət Təhlükəsizlik Xidmətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı terror plalnlaşdıran şəxsi həbs etməsi də diqqəti çəkir. DTX-nin yaydığı məlumatdan aydın olur ki, terroru planlaşdıran şəxs müxtəlif rayonlarda yaşayan şəxsləri də bu işə cəlb etməyə çalışıb. Bu, millət vəkili Fazil Mustafaya qarşı təşkil edilən terror hücumuna bənzəyir. Həmin hadisədə də terroru planlaşdıranlan müxtəlif şəxsləri bu işə cəlb etmişdilər, hətta içərilərində keçmiş polis zabitindən tutmuş keçmiş hərbçiyə qədər vətəndaşlarımız var idi. Lənkəran icra hakiminə qarşı terroru planlaşdıran qrup Azərbaycanın rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına qarşı da sui-qəsd həyata keçirməyi planlaşdırıb. Azərbaycan rayonlarında ingilis dilini öyrədən könüllülər əsasən ABŞ vətəndaşlarıdır. ABŞ-ın Sülh Korpusu Təşkilatının könüllüləri müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanın müxtəlif rayonlarında da ingilis dilini tədris edirlər. Onlar eyni zamanda özləri də Azərbaycan dilini öyrənilər. Fikrimcə, ingilis dilini tədris edən ABŞ vətəndaşlarına qarşı terror ideyası bunu həyata keçirmək istəyən şəxsə kənardan ötürülüb. Terror ümumi bəladır. Ancaq bəzi dövlətlər terror vasitəsilə hədəf seçidiyi ölkəyə qarşı istifadədən çəkinmirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1576   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr