Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMAAzərbaycan Ordusunda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Son günlər sosial şəbəkələrdə həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı müzakirələr aparılır. Bəzi şəxslər hesab edir ki, 18 yaşlı bir gənc hərbi xidmətə hazır olmur. Buna görə də yaş həddi artırılmalıdır.

Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünürlər?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə Bizim.Media-ya danışarkən bildirib ki, 18 yaş hərbi xidmət üçün çox tezdir:

"Təcrübə də bunu deyir. Kişilik, iradə, müstəqil qərar qəbul etmək 18 yaşda yeni formalaşmağa başlayır. Bundan əlavə, hərbi texnikalar sovet dönəmindən fərqlənir. Artıq yanaşmalar, tələblər başqadır. 18 yaşında gənclər psixoloji olaraq hərbiyə hazır olmurlar. Müasir dövrdə bu, daha tez özünü büruzə verir.

Bundan əlavə, ali məktəbə qəbul imtahanından kəsilən şəxsləri əsgərliyə aparmaqla onları növbəti il hazırlaşıb qəbul olmaq imkanından məhrum edirik.

Məsələn, qardaş Türkiyə dövlətində hərbiyə çağırış 21 yaşdır. Bu, çox düzgün yanaşmadır. 21 yaşda fərd həm kişi kimi formalaşmış olur, həm də təhsil mövzusunu yekunlaşdırır. 18 və 21 yaşlı gəncin arasında həm həyata, həm hərbi xidmətə, həm də hansısa işi yerinə yetirməsində böyük fərq var. Məktəb masasından çıxan kimi gəncləri hərbiyə aparmaq doğru deyil".

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırış 20-21 yaş olsa, bu həm əsgərə, həm də ordumuza çox xeyirdir:

"21 və 18 yaşlı gənclərin döyüşə girməsində və döyüşü aparmasında ciddi fərq var. Azərbaycan Ordusu professionaldır, fikrimcə, əsgər tələbatını 18 yox, 20-21 yaş aralığında etsək, daha çox effektiv və düzgün olar".

"18 yaşda hərbi xidmətə getməyin heç bir problemi yoxdur"

Psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur:

"Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur.

Min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var. Bunların problemi övladda deyil, birbaşa valideyndədir.

13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində problem yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2452   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr