Siyavuş Novruzov: "Quru sərhədlərlə bağlı məsələ sadə vətəndaşları o qədər də narahat etmir"

Siyavuş Novruzov: "Quru sərhədlərlə bağlı məsələ sadə vətəndaşları o qədər də narahat etmir""Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər. Quru sərhədlər sadə vətəndaşlara yay, istirahət vaxtları hansısa ölkələrə getmək üçün lazım olan amildir. Qalan bütün hallarda quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb. Hər ay 70-dən artıq onlayn müraciət alıram. Bizim komitəyə, təxminən, yarım il ərzində 2 mindən çox məktub daxil olur. Onların arasında quru sərhədlərlə bağlı məsələ yoxdur, bu, vətəndaşın marağında deyil".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, hər zaman olduğu kimi indi də Azərbaycan dövlət başçısı xalqın, vətəndaşların təhlükəsizliyini nəzərə alaraq lazım olan bütün addımları atır:

"44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə həyata keçirilən işlər nəticəsində Azərbaycan ərazisində hər hansı neqativ hadisə baş vermədi. Bu da cənab Ali Baş Komandanın rəhbərliyi altında hüquq-mühafizə orqanlarının ciddi şəkildə çalışmasının nəticəsidir. Bunu daha da gücləndirmək lazımdır. Azərbaycan xalqı terrorun nə olduğunu çox yaxşı bilir. Xalqımız terrorun nəticələrini dəfələrlə görüb. İstər metroda, avtobusda, istərsə də ayrı-ayrı evlərdə, tədris müəssisələrində. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verənləri misal göstərmək olar. Biz bu terrorun acısını, nəticələrini bilirik. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları ciddi şəkildə bu məsələ ilə bağlı mübarizə aparır. Parlament olaraq Cinayət və digər məcəllələrdə terrorun maliyyələşdirilməsi, çirkli, qeyri-qanuni yollarla gələn pullar və s. kimi məsələlərin qarşısını almaq məqsədilə mühüm qərarlar qəbul etmişik. Terrorun əsas mənbələrindən biri maliyyədir. Belə halda dərhal proseslərin izinə düşmək mümkündür. Bilirsiniz ki, son dövrlər Azərbaycan hüquq-mühafizə orqanları peşəsindən asılı olmayaraq qeyri-qanuni yollarla hansısa dövlətlərdən vəsait alan istər mətbuat, qeyri-hökumət təşkilatları nümayəndələrinin, istərsə də fərdi vətəndaşların aldıqları vəsaitlə bağlı Ədliyyə Nazirliyinə vaxtında niyə məlumat vermədiklərini aydınlaşdırmağa çalışır. Bu da gələcəkdə törədilə biləcək hadisələrin qarşısının alınmasına xidmət edən amillərdən biridir. Baxın, ətrafımızda hər tərəfdə döyüş gedir, müharibədir, terror təşkilatları mövcuddur. Dünya birliyi də bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Terror hansısa millətə, dinə aid deyil. Terroru maliyyələşdirən, dəstəkləyən ölkələrə dünya dövlətləri tərəfindən ciddi şəkildə embarqolar qoyulmalıdır, onlar təcrid olunmalıdırlar. Ermənistanın rəsmi terror təşkilatı var. Dəfələrlə sübut olunub. Həm Türkiyədə, həm də dünyanın başqa yerlərində türk diplomatlarına, azərbaycanlılara, Fransada və digər yerlərdə Azərbaycan səfirliyinə edilən hücumların şahidi olduq. Eyni zamanda İrandakı Azərbaycan səfirliyinə hücum, vətəndaşlarımızın öldürülməsi, yaralanmaları, onların ailələrinin təhdidi... Bu məsələlər diqqətlə hərtərəfli ölçülüb-biçiləndə tək birinci şərt vətəndaşların təhlükəsizliyi olmalıdır. Təhlükəsizlik tədbirləri artırılmalıdır. İllərdir, Türkiyə PKK və ayrı-ayrı terror təşkilatları ilə vuruşur, dünya təşkilatları isə heç fikir vermirlər. Bunlar bilmirlər ki, terrorçunun milliyəti və dini yoxdur. Bu, bir gün onların öz qapılarını da yandıra bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr