Dırnaq ustası işləyən kişi: "Buna görə məni qınayanlar oldu" - VİDEO
Çox vaxt görünüşümüz qədər, əllərimizdə baxım tələb edir. Lakin şəhərdə gözəllik mərkəzlərindən birində fərqlilik var. Fərqli olan isə dırnaq ustasının xanım yox, bəy olmasıdır.
Sonxeber.az xəbər verir ki, Mirhəmid Hümbətov "Aztv Xəbər"ə bu sahəyə yeni başladığını deyib. O, buna baxmayaraq qısa zamanda müştəri toplaya bilib. Mövcud vəziyyətinə görə indiyədək müxtəlif sahələrdə çalışa bilməyib. Sonralar isə diqqətini manikür peşəsi çəkib. Ancaq bu seçiminə görə, onu qınayanlarda az olmayıb:
"İlk başlarda bir az çətin oldu. Rəylərdə bildirirdilər ki, kişidən dırnaq ustası olar? Bəziləri mənim diaqnozumu bilirdi, bəziləri isə bilmədiyi halda bu sözləri yazırdı. O sözü deyən insan bir işlə məşğuldursa, o işi bəyənib fəhlə işləyə bilər. Amma mənim o qədər alternativ işim yoxdur".
Mirhəmid Hümbətov deyir ki, xanımlar ilə işləmək çətin deyil. Hətta bəzən başına maraqlı hadisələrdə gəlib.
"Xanımlar ilə işləməyin həm yaxşı, həm də pis cəhəti var. Çalışıram ki, çərçivə daxilində bir dialoq qurum. Bu çərçivədən kənara çıxmamağa çalışıram. Vaxtım olduqca müəllimim ilə əlaqə saxlayıram və görüşürük".
Mirhəmid Hümbətov bu sahə üzrə özünü daha da təkmilləşdirməyi düşünür. Kurslara yazılır və seminarlara gedir.
Ətraflı "Aztv Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1267 Tarix: 26 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabr