"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO

"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO"Hazırda Teatr Xadimləri İttifaqında aktyor labaratoriyasının rəhbəriyəm. Gənc aktyorlarla birgə tamaşa hazırlayıram. Həm də "Bir qadın" serialında çəkilirəm. Gündəlik 20-30 epizod çəkirik. Oynadığım Muxtar obrazı təsadüfən həbsxana həyatı yaşayan insandır. 15 il həbsxanada olub. Bu illər ərzində ailədə problemlər yığılıb. Muxtar o problemlərin həllinə çalışır. Müsbət obrazdır. Mənim üçün obrazın xüsusiyyətlərinin mənə uzaq və yaxın olmağının heç bir fərqi yoxdur. Əksinə mənə yaxın olmamağı daha yaxşıdır. Belə olan halda mən özümü yox, o adamı oynayıram. Mənim fikrimcə aktyor bütün rolları oynamalıdır. Rol, obraz aktyorun üstünə düşməlidir"

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdiyev deyib. O daha sonra çəkildiyi "Babək" filminin ən çox büdcəli ekran işi olduğunu vurğulayıb.
"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO" "Babək" filmində kütləvi səhnələrə təxminən 5 mindən çox adam çəkilib. Onların geyimlərini, aksesuarlarını, döyüş ləvazimatlarını hazırlamağın özü çətin iş idi. Eşitdiyimə görə ölkədə 1500-ə yaxın fabrik bu filmə işləyirdi. Bundan əlavə Moskvadan 150-yə yaxın at gətirdilər. Hansı ki, o atlar əhliləşmiş atlar idi. Bizim atların yanında qılıncı çıxaranda səni götürüb qaçırdı, amma bu atlar öyrəşmişdilər, qılınc falan tanıyırdılar. 150 atın üstündə əsgərlər də gəlmişdi. O atları da bura vaqonlar gətirmişdi. Bütün bunlar böyük xərc idi. Biz hardasa 2 ay Naxçıvanda qaldıq. İçəridə çəkilən dekorasiyaların çoxu Bakıdakı kinostudiyada lentə alınıb. O vaxt üçün çox bahalı bir kino kamera alınmışdı. Bütün filmlər SSRİ-nin istehsal etdiyi solğun rəngli bir lentdə çəkilirdi, amma "Babək" filmi biləvasitə kodakla çəkildi. Kodak da o dövrdə valyuta ilə alınırdı. Valyuta sözü indi sizə adi gələ bilər, amma Sovet vaxtı az eşitdiyimiz söz idi. Bəziləri filmin büdcəsinin 3, bəziləri isə 5 milyona yaxın olduğunu söyləyir. Rusiyada bu filmlə paralel istəyirdilər ki, "Stepan Razin" adlı film çəksinlər, amma onlarda alınmadı. Onlar "Babək" səviyyəsinə çata bilmədilər. Heç çəkə də bilmədilər. O qədər xərci heç kim üzərinə götürmürdü. "Babək" filmi "MOSFİLM"-lə birlikdə çəkilirdi" deyə aktyor bildirib.

Sənətkar "Babək" filmində oynadığı Buğday obrazından da danışıb.
"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO" "Babək" filmini 2 il olardı ki, hamımız, bütün tələbələr gözləyirdik. Biri deyirdi ki, "mən Babəki oynayacam, digər biri deyirdi ki, "mən Babəkin atını oynayacam" (gülür). 2-ci kursda oxuyurduq. Filmi Həsən Seyidbəyli çəkməli idi. Fotosınaqa getdim. O zaman saçım az idi. Dedilər ki, çalış saçını çoxaldasan. Səbəbini soruşanda isə dedilər ki, "olmadı elə, oldu belə, bəlkə Buğday roluna təsdiqləndin?". Üstündən hardasa 6 ay keçdi. Film artıq Eldar Quliyevə verilmişdi. Eldar Quliyev də H. Seyidbəylinin vaxtında sınağa gələnləri bir də yoxlanışa çağırdı. 26 nəfər çəkilişdən keçdi. Sona rəhmətlik İlham Əsgərovla mən qaldım. İlhamla da mən bir kursda oxuyurdum. Amaliya xanım Pənahova məni təbrik edib dedi ki, "səni seçdik". Dedi ki, "səninlə o biri oğlanın şəkilini Rasim Balayevlə mənim qabağıma qoydular. İkimizə də ayrı göstərdilər, ikimiz də bir-birimizdən xəbərsiz səni seçdik". Beləliklə də həmin kastinqdən uğurla keçdim. Orada kimlərin oynayacağını təsəvvürümə belə gətirmirdim. Rasim Balayev, Şahmar Ələkbərov, Səməndər Rzayev məni öz doğmaları kimi qəbul etdilər. Həyatda da hər addımımı izləyirdilər. Mənə məsləhət verirdilər, tövsiyyə edirdilər. Deyirdilər ki, "ilk rolundur, elə oyna ki, bu filmlə yaddaşlarda qalasan". Həqiqətən də dedikləri kimi oldu. Bu film mənim vizit kartım oldu. Filmin çəkilməsinin üstündən 44 il keçib. Hələ də Rasim Balayevlə mənim səhnəmə baxanlar ağladıqlarını deyirlər. Filmlə bağlı xatirələrim çoxdur. Ölüm səhnəsinə 3 gün idi ki, hazırlaşırdım. Rasim Balayevdən, Səməndər Rzayevdən soruşurdum ki, necə ölüm?! Təsəvvürüm belə yox idi. 3-cü kurs tələbəsi onu necə fikirləşə bilərdi?! Həmin səhnəni necə təsəvvür edə bilərdi?! Dərsdə axı bunu keçmirlər. Rasim Balayevlə Səməndər Rzayev mənə bir-iki məsləhət verdi. Yenə də çəkiliş gecə lentə alınırdı. Eldar Quliyevdən soruşdum ki, necə ölüm?! Dedi ki, sən aktyorsan, mən birdən-ikiyə ölmüşəm?! Çəkiliş meydançası məktəb deyil, aktyorsansa oynamalısan! Dedi ki, sənin təyəyyülün olmalıdır. Çox pis oldum. 10 dəqiqədən sonra gördüm ki, Rasim Balayev gəlir. Üstünə qaçıb dedim ki, mən nə edim?! Dedi ki, fikrində nə varsa get özünə de. Gəlib Eldar müəllimə dedim ki, gözüaçıq da ölə bilərəm, gözübağlı da. Dedi ki, göstər baxaq. Göstərdim, dedi ki, "yaxşı, olsun belə". Gözüaçıq ölümü seçdi, onu da çəkdik. Bu çox uğurlu alındı" deyə sənətkar bildirib.
"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1164   Tarix: 26 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust