Sümbülə Əliyeva həbs edildi - FOTO

Sümbülə Əliyeva həbs edildi - FOTO200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.
Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva həbs edildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 26 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah rayonlarda 24 dərəcə isti olacaq

Fevralın 18-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək

17 fevral
.

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağrıldı

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümün

17 fevral
.

"Yuxa" restoranı bağlandı - Video

Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən restoranda yoxlama keçirilib

16 fevral
.

Yük maşınının altında qalaraq öldü

Xızı rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, fevralın 16-sı saat 13 radələrində Sitalcay kəndi ərazisində Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Durasan oğlu Həsənov yük maşınının altında qalıb. Belə ki, 63 yaşlı şəxs "Howo" markalı avtomobild

17 fevral
.

Adil Əliyevə buna görə töhmət verilib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Trend-in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. Belə ki, müşavirəd

17 fevral
.

Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib. xəbər verir ki, fətvada deyilir:. "Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna, Şamaxı Astrofizika Rəsədxanasının cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-n

17 fevral
.

Sığınacaqda ölən körpə ilə bağlı AÇIQLAMA: "Hadisə vaxtı anası yanında olub" - VİDEO

Sabunçu rayonunda valideyn himayəsindən məhrum olmuş yaşyarımlıq körpə qəflətən vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, "Nur" uşaq sığınacağının sakini olan Ömür Zeynov qızılca xəstəliyinə yoluxubmuş. Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün Ömür Zeynovu

16 fevral
.

Bu xəstəxananın direktoru işdən çıxarıldı

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov işdən çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu gün TƏBİB rəhbərliyinin müvafiq Əmri ilə direktorun işinə son verilib. Qeyd edək ki, S.Namazov 2025-ci ilin may ayından sözügedən vəzifədə çalışıb. Hələ ki sabiq direktorun yerinə təyina

17 fevral
.

Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək

Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək. Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir. xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsin

17 fevral