"Aİ-Ermənistan-ABŞ müştərək konfransı qərəzlidir və Azərbaycana qarşı növbəti ikili standart yanaşmadır" - DEPUTAT
Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün bəzi qüvvələr açıq şəkildə sülh prosesini ləngitməyə çalışır:
"Avropa İttifaqının bəzi üzv dövlətləri fəaliyyətləri ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini pozmağa davam edir. Azərbaycan münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə qərəzli xarakter daşıyır və Azərbaycana qarşı növbəti ikili standart yanaşmadır. Bu konfrans açıq şəkildə hazırda regionda ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu gün bəzi dövlətlər Ermənistanı xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə egionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmağa çalışır. Bu konfransın keçirilməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yaranmasına səbəb ola bilər. Belə olan halda da Aİ və ABŞ Ermənistanın regionda sabitliyi pozan hər hansı addımına məsuliyyət daşıyacaqlar. Daim sülhü dəstəkləyən dövlət kimi bütün tərəfləri sülh prosesinə təsir göstərəcək və regionda yeni gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".
Deputat qeyd edib ki, Ermənistanın atacağı yalnış addımlar yenidən müharibənin başlamasına səbəb ola bilər:
"Təbii ki, bu dəfə başlayacaq müharibə Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki və antiterror əməliyyatlarındakı biabırçı məğlubiyyətini unutmasın. Bu gün Azərbaycan regionda mövcud sabitliyi pozacaq addımlara qarşıdır. Bundan sonra da ölkəmiz tərəfindən Ermənistan və havadarlarının regionda vəziyyəti yenidən gərginləşdirməyə yönəlmiş bütün addımlarının qarşı alınacaqdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1093 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabr