Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə inteqrasiya etdirmək istəyir! - AÇIQLAMA

Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə inteqrasiya etdirmək istəyir! - AÇIQLAMAXəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Sözügedən konfransda hansı məsələlər müzakirə ediləcək?

Mövzu ilə bağlı Turab Rzayev Sonxeber.az-a açıqlamasında bildirilib ki, burada Ermənistan üçün təhlükəsizlik təminatlarına dair bəzi sənədlər imzalana bilər:

"Burada bir sıra məqamlara diqqət yetirək. Gürcüstanı Avropa İttifaqına Ermənistansız qəbul etməyəcəklər. Necə ki, Gürcüstanın Avropa İttifaqına namizədlik məsələsi ortaya çıxdı, eyni məsələ Ermənistana tətbiq olunacaq. Hətta ola bilsin ki, Avropa İttifaqına və NATO-ya inteqrasiya məsələsi Ermənistandan daha çox, Gürcüstana aid edilsin. Avropa İttifaqı bölgəyə bütün olaraq baxır. Ermənistan və Gürcüstanı xristian mədəniyyətinin tərkib hissəsi kimi görür. Onları eyni vaxtda qəbul etməyi düşünür. Onları ayırmaq və ikinci plana salmaq istəmirlər. Bu bəlli idi. Mən hətta Azərbaycanın gələcək Avropa ilə bağlı qarşılıqlı münasibətlərdə, eyni zamanda Azərbaycanın öz geostrateji yol xəritəsini bu faktları nəzərdə tutub, hazırlamağı təklif etdim. Brüsseldə böyük ehtimalla qərbə inteqrasiya məsələsi müzakirə olunacaq".

Ekspertin sözlərinə görə, aydın məsələdir ki, Paşinyan özü xüsusilə qərbin liberal sol qruplarının dəstəyilə hakimiyyətə gəlmiş şəxsdir. Qarşısına qoyduğu məqsəd odur ki, Rusiyadan uzaqlaşıb Ermənistanı qərbə inteqrasiya etdirsin:

"Burada Ermənistanın bir sıra problemləri ortaya çıxır. Ermənistanın burada iqtisad və coğrafi problemləri var. Coğrafiya baxımından Türkiyə və Azərbaycanın arasındadır. Digər tərəfdən Rusiya və Ukrayna müharibə şəraitindədir. Ermənistan hərbi təşviş məsələsi var. Silahları Rusiyadan alır. Hava sahəsini və sərhədlərini Rusiya qoruyur. Təhlükəsizlik baxımından Ermənistan Rusiyaya bağlıdır. Bu məsələlər təmin edilməlidir. Ermənistan Rusiyadan uzaqlaşıb qərbə inteqrasiya edərsə, Rusiya Ukrayna üzərindəki ssenarini Ermənistan üzərində tətbiq edəcək. Vətəndaş müharibəsi, hücum yaxud işğal faktı ola bilər. O cümlədən Nikol Paşinyanın həyatına sui-qəsd belə ola bilər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Paşinyan ciddi addım atmalıdır. Paşinyan böyük ehtimalla təhlükəsizlik qarantiyası istəyir. Qərb yəqinki hətta aprelin 5-də bununla bağlı toplanır. Nəticə etibarilə, təyin edilən görüş əsasən sadalanan istiqamətlərdə üzrə baş tutacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1219   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr