Ermənistan Kərkini qaytarmasa yenidən hərbi əməliyyatlar başlaya bilərmi? - AÇIQLAMA

Ermənistan Kərkini qaytarmasa yenidən hərbi əməliyyatlar başlaya bilərmi? - AÇIQLAMAErmənistan baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə qapalı iclasda anklav və eksklav ərazilər ilə bağlı məsələlərdən danışıb. Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir. Paşinyan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərindən danışsa da, Kərki və qalan 3 kəndin qaytarılması istiqamətində konkret bir mövqe ortaya qoya bilmir. Burada diqqət yetirməli olduğumuz məqam Kərki kəndidir. Kərki strateji baxımdan əhəmiyyətli bir ərazidir. Kərki kəndi işğaldan azad olunarsa, Ermənistanın əsas nəqliyyat mərkəzləri Azərbaycandan asılı vəziyyətə düşəcək. O cümlədən Zəngəzur dəhlizin açılması prosesi sürətlənə bilər. Bəs Ermənistan Kərkini Azərbaycana qaytarmasa, hərbi əməliyyatlar başlaya bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ümumiyyətlə anklav və eksklav məsələsi mübahisəli məsələdir. Bu məsələlərin konkret həllinə dair razılaşma yaxud yeni metod hələki ortada yoxdur:

"Tərəflər müzakirələr aparır və görüşlər keçirirlər. Lakin Kərkinin və digər ərazilərin qaytarılması hansı metodla həll ediləcəyinə dair konkret bir məlumat yoxdur. Bu baxımdan hazırda proses üzrə nəsə demək olmur. Ermənsitanın indiki məqamda 4 kənd qaytaracağına dair məlumat var. Əslində bu münkün variantdır. Yerdə qalan Kərki və digər kəndlərin taleyi isə böyük ehtimalla danışıqlar ilə həll ediləcək. Ən azında Paşinyanın verməyə razı olduğu kəndlərdən sonra bir ehtimal yaranır. Bu baş verərsə, növbəti danışıqlara daha konstruktiv baxa bilərik. Kərkinin qaytarılması Azərbaycan tərəfinin göstərdiyi mövqedən asılı olacaq. Əgər Azərbaycanın maraqları çərçivəsində Kərkinin qaytarılması təmin edilməsə, Azərbaycan hərbi əməliyyatların tətbiqinə gedə bilər. Amma hazırda hərbi əməliyyatlar yaxud tərəflər arasında münasibətlərin gərginləşməsi kimi məsələlərdən qaçınılır. Hər iki tərəf üçün belədir. Bu münasibətin saxlanmasına çalışmaq lazımdır. Gərginliyin artırılması heç bir tərəfə divdentlər qazandırmır".

Qeyd edək ki, son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1631   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr