"Bu yolda yerimək təhlükəli hal alıb" - Video
"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur".
Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib.
Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır: "Bu, 119 saylı marşrut xəttinin son dayanacağına gedən yoldur. Hər gün bu yoldan istifadə edirik. Avtobuslar, avtomobillər küçədən keçəndə pis hala qalır. Hava qaralanda da bu yolda yerimək təhlükəli hal alıb. Qaranlıqda ayağımız bu çuxura düşüb zədələnə bilər. Bir az yağış yağanda yol daha da bərbad olur".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirdi ki, yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaq: "2022-2023-cü illər ərzində Abşeron rayonunun Xırdalan şəhərində 19 adda küçə gecə işıqlandırması ilə təmin edilib. Onlardan 13-ü Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən, digər 6 küçə isə Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Abadlıq İdarəsi tərəfindən çəkilib. Ötən il Xırdalan şəhərinin 37 küçəsi asfaltlanıb.
Qeyd etmək istərdik ki, Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən Qəzənfər Xaliqov küçəsində bu il ərzində cari təmir işlərinin aparılması və gecə işıqlandırılması ilə təmin edilməsi məsələləri 2024-cü ilin Tədbirlər Planına daxil edilib və yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 630 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021