"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT
Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədən sonra başlatdığı ssenarinin davamıdır:
"Heç şübhəsiz, bu konfrans regionda sülhün bərqərar olmasına yardım etməyəcək. Əksinə, Ermənistanın yenidən silahlandırılması, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrlə birlikdə hərbi ittifaqa girməsi, müharibə təhlükəsi yaradır. Ermənistanın, sülh müqaviləsinin imzalanmasından yayınmasına, ölkə daxilində revanşist qüvvələrin daha da, aqressiv davranışlarına səbəb olacaqdır. Belə bir konfransın Azərbaycanın iştirakı ilə, ayrı-seçkilik olmadan keçirilməsi, daha məntiqli olardı, sülhün əldə olunmasına xidmət edərdi. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını heç kimlə məsləhətləşmədən işğaldan azad etməsi, bəzi dünya güclərinin planlarını pozdu. Cənubi Qafqazda yeni reallıqlar yarandı".
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı şəraitdən istifadə edən ABŞ və Aİ-nın əsas məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır:
"Təbii ki, uzun illər ərzində öz xaruci siyasətini Rusiya ilə uzlaşdırmış, iqtisadiyyatını, təhlükəsizliyini həvalə etmiş Ermənistan kimi zəif bir dövlət üçün olduqca çətin məsələdir. Daha doğrusu, təhlükədir. Düşünmürəm ki, Rusiya asanlıqla Qafqazdakı geosiyasi maraqlarından imtina etsin. Ona görə də, yaxın zamanlarda Ermənistanda, sərhədlərimizdə təxribatların, gərginliyin artması gözlənilir. Müharibənin qarşısının alınması, Ermənistandan, onun siyasi hakimiyyətindən asılıdır. Paşinyan birdəfəlik başa düşməlidir ki, istər Qərb olsun, istərsə Rusiya. Hərəsinin öz maraqları var. Tarixən, başqalarının geosiyasi maraqlarının təmin olunmasında, ermənilərdən ,,alət,,olaraq istifadə praktikasına son qoyulmalıdır. Sülh üçün tarixi şans yaranmışdır. Bundan istifadə edərək qonşularla barışmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabr