Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMABu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyib ki, ölkə daxilində və xaricdə yaradılacaq "hökumət"i Ermənistan heç bir halda tanımayacaq. Bəs sözügedən separatçılar Qarbağda hər hansı bir təxribat törədə bilərlər?

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında deyib ki, Qarabağdan gedən separatçılar Ermənistanda və xaricdə "Qarabağ hökuməti"nin yaradılmasına cəhd edirlər:

"Onlar çalışırlar ki, bunu Ermənistanda tanış olsun. Amma burada Ermənistan və Azərbaycanın separatçı rejim ilə bağlı yanaşmaları üst-üstə düşür. Belə ki, Ermənistan hökuməti heç bir halda nə ölkəsinin daxilində ya da xaricdə hər hansı bir separatçı qurum yaradılacaqsa Ermənistan bunu tanımır. Əslində Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasına əsas əngəllərdən biri də bu ola bilər. Azərbaycanın tələbləri var ki, Ermənistan həm himndə, konstitusiyada, həm də müstəqillik altında Azərbaycana qarşı düşmənçilik elementləri əks etdirən elementləri oradan çıxarmalıdır. Buna görə də separatçı rejimə dair qurumun yaradılması bu kontekstdə qiymətləndirilir".

Ekspertin sözlərinə görə, Ermənistan yaxşı bilir ki, "qurum" sülh sazişinə zərbə vuracaq:

"Ermənistan bunu bildiyi üçün, heç bir halda ölkəsində və xaricdə separatçı rejimi qəbul etmir. Tam da doğru yanaşmadır. Azərbaycanın yanaşması budur ki, artıq sözügedən məsələ bitib. Əgər gələcəkdə hansısa erməni vətəndaşı istəsə Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşaya bilər. Bu baxımdan Azərbaycanda tərəfi separatçı rejimi sahədə bitirib. Bu baxımdan separatçı rejimin rəhbərləri hüquq-mühafizə orqanlarının nəzarətindədir və sorğulanır. Qarabağda separatçı rejim tamamilə çökdürüldü. Təbii ki, Ermənistanda ölkəsində separatçılar ilə bağlı qəti addımlar atmalıdır".

Xatırladaq ki, Paşinyan bir sıra məsələlərədə aydınlıq gətirib. O, bildirib ki, mesaj hər kəsə aydın olmalıdır. Lazım gələrsə, müvafiq addımlar və tədbirlər görülməlidir ki, digər məsələlərlə yanaşı, xarici qüvvələr Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün müəyyən dairələrdən istifadə etməsinlər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 905   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr