Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi" fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 721 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabrBakıda yeniyetmə bacı-qardaş dəm qazından öldü
Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib. Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşka
22 dekabr