"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib.

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı "Range Rover" markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub: "Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Mirzəyev Elman Qurbanxan oğlu həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi "Auto Gallery" avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar".

Ətraflı

A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

A.Ağayevin vəkili Vasif İsrafilov da "Qafqazinfo"ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq".

Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir: "Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda istintaq Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 729   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr