"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicisi kimi 230 manata satılmağa başladı. Üç dəfə baha... Birinci dərmanın taleyi nə oldu? Artıq Azərbaycana çatdırılmır. Bununla əlaqədar tapşırıq verdim, təxminən, 30-40 aptekə baxıldı. Hamısında eyni sözü dedilər, ""Synjardy" yoxdur, əvəzedicisi var, birə-birdir..." Həkimlərlə də məsləhətləşdim. Dedilər ki, bəli, əvəzedicini istifadə etmək olar. Bəs qiyməti niyə bu qədər bahadır? Həkimlər dedilər ki, bunu biz bilmirik, dərman ticarəti ilə məşğul olanlar bilər. Məsələnin izinə düşdüm. Niyə qeyri-insani, qeyri-müsəlmani addım atılır. Dedim, bəlkə, zavod partlayıb, birinci dərman istehsal olunmur, yaxud nəsə faciəvi bir şey olub. İki ildir, sözügedən dərman Azərbaycana gəlirdisə, indi gəlmirsə, burada ağlabatan səbəb olmalı idi. Səhiyyə sektorundan bu işi bilən biri ilə məsləhətləşdim. Təxminən, bir gün sonra mənə xəbər verdi ki, bu dərmanlar Tarif Şurasından keçməyib. Yəni Şuranın siyahısına düşməyib, ölkəyə şirkətlər tərəfindən gətirilib. Onlar da müstəqil formada qərar verirlər..."

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

"Yenidən bir neçə ekspertdən soruşdum. Cavab verdilər ki, dərmanların qiyməti arasında bu qədər fərq ola bilməz. Hətta "Synjardy"nin istehsalçısı çox məşhur bir şirkətdir. İnterdən kifayət qədər məlumat əldə edə bilərsiniz. Sadəcə, bu, çox köhnə fırıldaqdır. Bir dərmanı ölkədə mənimsədirlər, insanlar hiss edirlər ki, bu dərman onlara yaxşı təsir edir, həkimlər də bəyənirlər, çünki həqiqətən keyfiyyətli dərmandır. Sonra fırıldaq nəticəsində tərkibi eyni olan və başqa zavodun istehsal etdiyi digər dərman ölkəyə gətirilir. Qiyməti isə iki-üç dəfə artırılır. İnsanlar da məcbur qalıb 73 manatlıq dərmanın əvəzinə 230 manatlıq dərmanı alırlar. Bu, birinci hal deyil. Hamının yadındadır ki, təxminən, üç il əvvəl başqa bir dərmanla bağlı çıxışlar etdim. Onda da 1 qramlıq ampulaların əvəzinə 0,5 ml ampula eyni qiymətə satılırdı. Həmin çıxışımdan sonra əməlli başlı problemlər yarandı. Mənə müraciətlər oldu, söz verildi ki, dərman 1 qramlıq ampula ilə Azərbaycana çatdırılacaq. Bu günə qədər də çatdırılır, həmin qiymətə satılır... Artıq məndə suallar yaranır. Yenə də deyirəm, iki dərman da keyfiyyətlidir. Amma 3 dəfə baha? Bu, böyük sual işarəsidir. Bu işdə marağı olan müəyyən "tüccarlar", onlara kömək edən məmurlar var. Təsəvvür edin, bir xəstə ayda iki qutu əvəzedici alsa, deməli, 460 manat pulu verməlidir. Bayramdan əvvəl bununla bağlı komitə iclasında da çıxış etdim, dərmanların adını da çəkdim. İstəyirəm ki, məsələni ictimaiyyət də bilsin. Bundan sonra isə suallarım rəsmi formada dövlət qurumlarına olacaq. Siz buna necə nəzarət edirsiniz? Münasibətiniz nədir? Belə başa düşdüm ki, həmin dərmanlar ölkəmizə dövlət xətti ilə gəlmir. Bəs necə gəlib? Bunun qiymətini kim müəyyənləşdirir? Kim icazə verir ki, bu qiymətə dərman satılsın?"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 755   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr