Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuşUkraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı.

Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən altı ay öncə - 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, dörd damarı dəyişdirilmişdi.

Mərhumla dostluq edən "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

"Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stent qoyulmuş, sonra da açıq əməliyyat edilmişdi. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oynayan zaman - stadionda ürək çatışmazlığından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı".

Anar Natiqoğlu bildirib ki, hazırda mərhumun cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır:

"Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olurlar. Yəqin ki, yaxın iki gün ərzində onun cənazəsi Bakıya göndəriləcək".

Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atası olub. Onun ailəsi Bakıda yaşayır.

1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olub. O, "Bakı xəbər" və "Ölkə" qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışıb.

Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb, "Amerikanın səsi" radiosu ilə əməkdaşlıq edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 954   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr