Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı əsri ötən dəhşətli faciənin hekayəsi - VİDEO

Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı əsri ötən dəhşətli faciənin hekayəsi - VİDEO"Quba Soyqırımı zamanı kişilərin gözü qabağında qadınlarına təcavüz edib, hamilə qadınların qarınlarını deşərək övladlarını bətnindən çıxarıblar".

Bunu "Report"a müsahibəsində 65 yaşlı Quba şəhər sakini Yavuşa Simanduyev deyib.

Y.Simanduyevin sözlərinə görə, o bu barədə ata-babalarından eşidib:

"Biz onların söylədikləri tükürpərdici hadisələri eşidərək böyümüşük. Dediklərinə görə, ermənilər nəinki azərbaycanlılara, eyni zamanda orada yaşayan digər etnik qruplara qarşı da amansızlıqlar törədiblər. Atam söyləyirdi ki, o vaxtı ermənilər kim qarşılarına çıxıb, güllələyiblər, insanlara zülm ediblər. Ən dəhşətli məqamlardan biri isə odur ki, kişilərə əzab vermək, qürurlarını sındırmaq üçün onların qarşısında qadınlarına təcavüz ediblər. Hətta bəzi kişilər o anı görməsin deyə, özlərini öldürüblər".

Qırmızı Qəsəbə sakini Nisim Nisimov atasından dinlədiklərini bizimlə bölüşür: "Onu deyim ki, əvəllər ermənilər Qubanın yuxarı hissəsində yaşayıblar. Hətta vaxtı ilə orada onların kilsəsi də olub. Atam 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar olunanda deyirdi ki, onların camaatı qırıb basdırdığı quyular çox olub, ortaya çıxanlar isə hələ ki, bunlardır. Qubada Apsyon Avşalumov adlı bir nəfər var idi. Bir neçə il bundan əvvəl vəfat edib. O danışırdı ki, babası Xaçmazda işləyirmiş. O vaxtı işdən qayıdan zaman altı nəfər kişini Xaçmaz yolunda öldürüblər. Amma necə öldürüblər, başlarına nə gəlib, tam olaraq bilən olmayıb. Ermənilər çox qəddarcasına davranıblar, qadın, qoca, uşaq demədən qırıblar. Ailələri məhv ediblər. Hətta 11 nəfər ailə üzvünü birdən qətlə yetiriblər".

Digah kənd sakini Mənsur Hacıyev deyir ki, ulu babaları ermənilərin azərbaycanlılara qarşı nifrətinin olması ilə bağlı müxtəlif əhvalatlar danışıblar:

"Bu hadisə ilə bağlı deyirdilər ki, ermənilər qarşılarına çıxan insanları qırmaqla saylarını azaltmağı düşünüblər. Quba camaatı o vaxtı az itki vermək üçün dağlara üz tutub, günlərlə soyuq havada dağlarda, Alpan, Kürkün meşələrində yaşamaq məcburiyyətində qalıblar".

Qeyd edək ki, hazırda Quba şəhərində soyqırımının izlərini daşıyan məzarlıq mövcuddur. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilən məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib.

Kompleksin əməkdaşı Əbutalib Turabov bildirib ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan meyitinin qalıqları aşkar edilib: "Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə yaşlı kişilərə aiddir. Bu kompleks erməni vandalizminin əyani sübutudur. Araşdırma zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan yəhudi, ləzgi, tat və digər etnik qrupların nümayəndələri də xüsusi amansızlıqla qətlə yetirilərək basdırılıblar".

Xatırladaq ki, ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1068   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr