Üç uşağı olan ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMA

Üç uşağı olan ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMAÜmumi statistikaya nəzərə salsaq, Azərbaycanda boşanmaların sayı günü-gündən artır. Bunun başlıca səbəbi maddi problemlər və gənclər arasında işsizlik problemidir. Rusiyada Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti ödəyir.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə Elnur Fərzəliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son illər boşanmaların sayı günü-gündən daha çox artır. Boşanmaların sayının artmasına müxtəlif problemlər səbəb olsa da, əsas məsələlərdən biri də sosial vəziyyət və insanların ev problemidir:

"Gənclər ailə qururlar və bəlli bir zaman kirayədə qalmaq məcburiyyətində olurlar. Müəyyən zamandan sonra bu cütlüyün hər hansı biri öz işini itirdikdə, digər sosial xərclərin qarşılana bilməməsi səbəbindən bu cür boşanma halları baş verə bilir. Bununda qarşısını almaq üçün hər hansısa bir yeni qanun layihələri tətbiq olunmalıdır. Artıq müzakirələr gedir ki, çoxuşaqlı ailələrdə çoxuşaqlı sayı 3-ə endirilsin. Təbii ki, çoxuşaqlı ailələrdə uşaq sayı 3-ə endirilərsə onlara müəyyən müavinətlər, uşaqpulunun verilməsi və müəyyən güzəştlərin tətbiq olunması gələcəkdə boşanmaların sayının azalmasına gətirib çıxara bilər. Biz digər ölkələrin təcrübəsinə nəzər salsaq, Avropa ölkələrində vətəndaşların xüsusi mülkiyyətində olan əmlaklar var. O cümlədən işini itirən, maddi problemi olan ölkənin vətəndaşları bələdiyyələr tərəfindən inşa olunmuş sosial bələdiyyə evlərinə yerləşdirilir".

Ekspertin sözlərinə görə, həmin sosial bələdiyyə evlərinin kirayə pulları normal bazar kirayə qiymətindən dəfələrlə ucuzdur. Orada vətəndaş yalnız binanın saxlanması və kommunal xərclərini ödəməklə, iş tapıb maddi vəziyyətini yaxşılaşdırana qədər o evlərdə yaşaya bilir:

"Ölkəmizdə tikintilər ilə bağlı çoxsaylı dövlət layihələri aparılır. Artıq bələdiyyələr ilə bağlı müəyyən qanunvericiliklər həyata keçirilir. Gələcəkdə ərazilər və qeydiyyat üzrə sosial mənzillər inşa olunarsa, boşanmaların sayında azalmalar müşahidə oluna bilər. Sovet dövründə ailə yataqxanaları mövcud idi. Belə ki, hər hansı bir müəssisədə çalışan şəxslərin evləri olmadığı halda həmin ailə yataqxanalarında ev alan günə qədər yaşaya bilirdilər. Biz ümumən paytaxt Bakıda kirayə mənzil qiymətlərinə nəzər salsaq, artıq ən ucuz kirayə mənzilin aylıq qiyməti 350-400 manat aralığında dəyişir. Bu da ortalama minimal əməkhaqqına bərabərdir. Bu baxımdan vətəndaşlar, gənc ailələr onların yaşam xərclərinin ödənməsində problemlər yaşanır. Bu problemlərin yaranmaması üçün görüləcək tədbirlərdən biri hansısa sosial layihəli mənzillərin tikilməsi yaxud satışda olan sosial layihəli evlərin əlçatan olması boşanmaların sayının azalmasına gətirib çıxara bilər. Düşünürəm ki, ölkə vətəndaşları arasında sosial tipli mənzillər satılarkən fərq qoyulmamalıdır. Hər bir vətəndaş üçün ilkin ödənişləri az olan sosial mənzillər əlçatan olmalıdır. Bununla sağlam ailələr formalaşa bilsin ki, ölkə əhalisinin sayında artımlar qeydə alınsın".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2439   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun