İnsanlar regionlardan Bakıya əsasən hansı işlər üçün gəlir? - VİDEO
Regionlardan axının baş verməsi hər zaman aktual məsələlərdən biri olaraq qalır. Bununda əsas səbəbi işlə bağlıdır. Yəni əksəriyyət Bakıya işləmək üçün üz tutur. Bəs bunlar hansı peşələrdir və həmin işləri bölgələrdə təşkil etmək mümkündür?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Elmir Səfərli "Xəzər Xəbər"ə açıqlama verib. O deyib ki, paytaxtda iş imkanları daha çoxdur. Ona görə də regiondan buraya gələnlər sayı artır:
"Regionlardan Bakıya gələnlərin çoxu gündəlik xidməti işlərdə və ən çoxu muzdlu işlərdə çalışırlar. Burada fəhləlik və eyni zamanda xidmət-məişət obyektlərində çalışırlar".
İqtisadçı bildirib ki, rayonlarda məşğulluğun artırılması ilə paytaxta axının qarşısını nisbətən ala bilər. Bu məsələ isə hökumətin nəzərindədir:
"İş imkanları əvvəlki illərə nisbətən daha çoxdur. Kənd təsərrüfatı regionlarda inkişaf ilə bağlı dövlətin qoyduğu müəyyən güzəştlər və sahibkarların regionlarda təşviqi ilə bağlı kampaniyalar regionda insanların işlə təmin edilməsində imkan yaradır. Bu müəyyən qədər Bakıya axının qarşısını alır. Lakin tam olaraq istənilən səviyyədə deyil. Bunun müsbət nəticəsi yaxın 5 ildən sonra özünü göstərəcək".
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 641 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun