Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
"Atamı rəhmətə getməzdən öncə görə bilmədim, nənəm yataq xəstəsidir, iki ayağını da sındırıb"
"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb, götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və oğlu baxır. Kim evdədirsə o baxmağa çalışır"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova bildirib.
Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.
"Atam 1 ildir ki, rəhmətə gedib. Rəhmətə getməzdən əvvəl xəstəxanada yatırdı, ciyərinə su gəlmişdi. Yanına getsəm də xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər yanına buraxmadılar, görməyə icazə yox idi. 2 gün sonra atamın həyat yoldaşı zəng edib rəhmətə getdiyini bildirdi. Sonrada evə getdim. Bu gün də məzarını ziyarət edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən. Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm, xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu düşünərək həyatıma davam edirəm ki, hal-hazırda yanımda atam və anam olsaydı məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək təsəllim hazırda budur" -deyə Gövhər bildirib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1086 Tarix: 17 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunİlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyun