Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİBBakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib.

Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.

Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib.

BFL-də tədris ilinin 01.07.2024-cü il tarixində başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız 01.07.2024-cü il tarixindən qüvvəyə minəcək.

15:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.

İdarədən Sonxeber.az-a daxil olan məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

14:45

"Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı doğrudur".

Bunu Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub.

Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.

14:09

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Sonxeber.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1003   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

26 yaşlı keçmiş məhbus qəfil öldü

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 12 radələrində 199-cu il təvəllüdlü M.Şirinov yaşadığı Şəki şəhərindəki evdə qəflətən ölüb. Yaxınları bildiriblər ki, əvvəllər (180-ci maddə üzrə) məhkum olunmuş M.Şirinovun halı anidən pisləşib və dünyasın

12 mart
.

Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır

Sabirabad rayonunda yeniyetmə yanıq xəsarətləri alıb. Teleqraf-a istinadən xəbər verir ki, martın 11-i saat 23 radələrində 2012-ci il təvəllüdlü Ayaz Taryel oğlu Rzazadə yaşadığı Bulduq kəndindəki evin həyətində çərşənbə axşamı ilə əlaqədar yandırılmış tonqala düşüb. O, yanıq xəsarətləri ilə Sabiraba

13 mart
.

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

"Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra

13 mart
.

"Azərbaycan və Şimali Makedoniya arasındakı əlaqələrin mədəni və humanitar sahədə də inkişaf etdirilməsi vacibdir" - DEPUTAT

"Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ildə hər iki dövlətin bir-birinin müstəqilliyini qarşılıqlı tanıması ilə qurulub. 2023-cü ildə isə Azərbaycan Respublikasının Serbiyadakı səfiri eyni zamanda, Şimali Makedoniyaya təyin edilib. Bununla yanaşı, Şimali Makedoniy

13 mart
.

"Banu"nun Günelindən ölüm xəbərinə REAKSİYA

Sosial şəbəkələrdə bir zamanlar "Space TV"də yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb. xəbər verir ki, " hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb. "Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bi

13 mart
.

"Az papaq atın, evdə heç nə qalmadı"

Aparıcı Elgiz Əkbər uşaqların papaq atmasından şikayətlənib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı verilişində danışıb. O bildirib ki, bir uşaq neçə dəfə papaq atır:. "Uşaqlardan xahiş edirəm, qapıya bir dəfə papaq atın. Ya da papağı dəyişin. Xəsislik etmirəm, amma şirniyyat mağazasında işləmirəm

12 mart
.

Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib. xəbər verir ki, komitənin sədri Hicran Hüseynov

12 mart
.

İlkin Həsəni qəza keçirdib

Aparıcı İlkin Həsəni avtomobil qəzası keçirdib. Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. "Bir neçə gündür başım qarışıb, kiçik qəza keçirtdim. Salamatçılıqdır, maşını düzəlməyə verdim" deyə, İlkin bildirib

13 mart
.

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən "Muğanbank" Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var. Qaynarinfo-nun məlumatına görə, hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir. "Muğanbank" ASC 1992-c

13 mart