"Azərbaycan və Şimali Makedoniya arasındakı əlaqələrin mədəni və humanitar sahədə də inkişaf etdirilməsi vacibdir" - DEPUTAT

"Azərbaycan və Şimali Makedoniya arasındakı əlaqələrin mədəni və humanitar sahədə də inkişaf etdirilməsi vacibdir" - DEPUTAT"Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ildə hər iki dövlətin bir-birinin müstəqilliyini qarşılıqlı tanıması ilə qurulub. 2023-cü ildə isə Azərbaycan Respublikasının Serbiyadakı səfiri eyni zamanda, Şimali Makedoniyaya təyin edilib. Bununla yanaşı, Şimali Makedoniya Azərbaycanda akkreditə olunmuş səfirlik vasitəsilə diplomatik fəaliyyətini davam etdirir".

Bunu Sonxeber.az-a danışan deputat Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılması ilə Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əməkdaşlıq qurulub və bu əməkdaşlıq uğurla davam etdirilir:

"Hüquqi baza baxımından isə iki ölkə arasında 5 rəsmi sənəd imzalanıb ki, bunlardan ən önəmlilərindən biri sərmayələrin qorunması və vergitutmanın qarşısının alınması ilə bağlı sazişlərdir. Dövlət başçılarının mütəmadi görüşləri, diplomatik münasibətlərin inkişafı, enerji sektoru üzrə əməkdaşlıq fonunda demək olar ki, Azərbaycan və Şimali Makedoniya əməkdaşlığının yeni dövrü başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdikləri bəyanatlar iki ölkə arasındakı münasibətlərin inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyub. Bu münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə genişlənir, iki dövlət arasındakı siyasi əlaqələr getdikcə güclənir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələr arasındakı siyasi dialoq dinamik xarakter alır və əlavə tədbirlərlə daha da möhkəmləndirilməlidir. İqtisadi sahədə əməkdaşlığın hələ arzu olunan səviyyədə olmamasına baxmayaraq hər iki tərəf bu istiqamətdə fəal addımlar atır. Enerji sektoru üzrə əməkdaşlıq isə artıq mühüm nəticələr verir. Şimali Makedoniya bazarına Azərbaycan qazının çatdırılması bu sahədə mühüm irəliləyişlərdən biridir. 2024-cü ilin sonlarında həyata keçirilən bu prosesin davamlı olması və gələcəkdə qaz tədarükünün artırılması nəzərdə tutulub. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkəsidir. Azərbaycanın xarici bazarlara qaz tədarükünü artırmaq potensialı var ki, bu da Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradır".

Deputat vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəni və humanitar sahədə də əlaqələrin inkişafı vacibdir:

"Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri çərçivəsində ölkənin mədəni həyatı ilə yaxından tanış olması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Bu cür tədbirlər xalqlar arasında mədəni və humanitar əlaqələrin güclənməsinə töhfə verir.

Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər tədricən genişlənməkdədir. Siyasi dialoqun dinamikliyi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və humanitar əməkdaşlığın inkişafı iki ölkənin daha sıx əlaqələr qurmasına şərait yaradır. Xüsusilə enerji sahəsində başlayan əməkdaşlıq gələcəkdə digər sektorlara da təsir göstərə bilər. Bu istiqamətdə davam edən səylər hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir və gələcək əməkdaşlıq perspektivlərini daha da möhkəmləndirir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 869   Tarix: 13 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr