Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilibMartın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib.

Sonxeber.az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq, bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O, vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. 5 il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib.

Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Konstitusiya və Suverenlik İli" elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq, keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib.

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. O dövrdə dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatların həyata keçirildiyini, ölkə Konstitusiyasının insan hüquq və azadlıqlarının etibarlı təminatçısı olduğunu bildirib. O, qeyd edib ki, Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları müvafiq maddələrdə müəyyən edilib. Komitə sədri dövlətimizin Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər ailə siyasətinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bir daha təsdiqləyir.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsbit edilir. Qeyd edilib ki, qadın hüquqları müvafiq qanun və məcəllələrdə də öz əksini tapıb və bu, ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsini təmin edir, həmçinin zorakılığın, xüsusilə qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün mexanizm yaradır.
Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz hərtərəfli və sürətli inkişaf edir. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz çoxşaxəli fəaliyyəti ilə tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ etdiyini xüsusi qeyd edib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O, müasir Konstitusiyada qadın hüquqlarının əsas prioritetlərdən biri olduğunu söyləyib. Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib. Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib.
Əli Hüseynli 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini və 2016-cı ildə keçirilmiş referendum nəticəsində Azərbaycanda Prezident idarəetmə üsulunun möhkəmləndirildiyini, vitse-prezident institutunun yaradıldığını nəzərə çatdırıb. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident seçildikdən sonra Azərbaycanda qadınların cəmiyyətdə, dövlət idarəçiliyində rolunun genişləndiyini bildirib. Bu gün hakim korpusunda qadınların üstünlük təşkil etdiyini, ölkəmizdə gender bərabərliyinin təmin olunduğunu, ümumilikdə Konstitusiyamızda qadın hüquqlarının müfəssəl şəkildə qorunduğunu söyləyib. Komitə sədri suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında da Azərbaycan qadınının xüsusi rolunu qeyd edib.

Tədbirdə iştirak edən Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə bir hissəsinin məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunduğunu deyib. Bildirib ki, Konstitusiya Məhkəməsi öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.
Ədliyyə nazirinin müavini Abiddin Hüseynov öz çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

İctimai dinləmədə İnsan hüquqları komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin edilməsinin daim dövlətimizin diqqətində olduğu bildirilib. Ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib. Qeyd olunub ki, bu gün qadın hüquqlarının təmin edilməsinə, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində böyük dəstək verilir. Məişət zorakılığının aradan qaldırılması istiqamətində önəmli addımlar atılır. Həmçinin, bildirilib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ailələrdə uşaqların milli ruhda böyüməsi, onların cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün təlim-tərbiyə işinin düzgün qurulmasının vacibliyindən danışılıb. Ölkəmizdə ailə institutunun inkişafına yönəlmiş məqsədyönlü tədbirlərin görüldüyü, bu sahədə davamlı islahatların aparıldığı vurğulanıb.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 12 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr