Keçmiş qadın məhbusları işlə necə TƏMİN EDƏK? - ARAŞDIRMA

Keçmiş qadın məhbusları işlə necə TƏMİN EDƏK? - ARAŞDIRMAMəhkum qadınların həbsxana müddətində qalacaq yerlərini itirməsi, daha sonra azadlığa buraxıldıqdan sonra onların cəmiyyətə adaptasiya prosesi çətin olur. Belə ki, qadın məhbuslar ailələri tərəfindən ya qəbul edilmir, ya da özlərinə yaşayacaq bir sığınacaq tapa bilmirlər. Bu gün həmin kateqoriyadan olan şəxslərə, xüsusilə qadınlara yeni bir həyata başlamaq üçün dəstək olmalıyıq. Vaxtilə həbs olunmuş qadınlar məhkumluq həyatlarına görə iş tapmaqda çətinlik çəkirlər. Dövlət idarələr və sosial qurumlar azadlığa buraxılan xanımlarımıza necə dəstək göstərir? Ümumiyyətlə onların işlə təmin edilməsində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquq-müdafiəçisi Novella Cəfəroğlu deyib ki, cəzaçəkmə müəssisələrində saxlanılan xanım məhbusların yanında çox ziityarət edib. O bildirib ki, qadınlara həqiqətən penitensiar xidmətində əl işləri öyrədilir, dərslər keçirlər:
Keçmiş qadın məhbusları işlə necə TƏMİN EDƏK? - ARAŞDIRMA"Bununla yanaşı, bir neçə il bundan qabaq proses belə idi. Məhbuslara buna görə öyrədirlər ki, azadlığa buraxıldıqdan sonra hansısa bir işlə məşğul ola bilsinlər. Bir vaxtlar biz qadın məhbuslar ilə məşğul olan zaman onlara xalça toxumağı öyrənmişik. Paltar tikir, çörək bişirirdilər. 10-15 il bundan qabaq biz onlara adam tapırdıq və bu işləri öyrənmələrinə kömək edirdik. İndi də həbsxanalara gedirik. Hazırda onlara texniki avadanlıqlarla, kompüter ilə işləməyi öyrədirlər. Qadınların cəmiyyətə inteqrasiyası üçün belə işlər görülürdü. Digər tərəfdən qadın məhbusların ailəyə qəbul edilməsi məsələsi ilə bağlı işlər görülməlidir. Bu məsələni əsas problemidir".

Novella Cəfəroğlunun sözlərinə görə, Hər bir qadın məhbusunun ailəsi çox vaxt deyib ki, onlar evinə qayıtmamalıdır. Belə hallara çox rast gəlinib:

"Elə qadınlar və onların ailələri ilə danışıqlar aparmaq lazımdır. Onların ailələrini buna hazırlamaq lazımdır ki, qadın azadlığa çıxanda ailəsinin yanında ola bilsin. Qadın kişini 20 il həbsxanada olsa belə qəbul edir və yolunu gözləyir. Kişi nə qədər səhv etsə də, qadın bunu qəbul edir. Amma qadın bir səhv yaxud yanlış edəndə kişi onu qəbul etmir. Bunların hamısı ailə ilə danışılmalıdır. Həbsxanada qadınlar ilə yaxından iş görülməlidir. Elə gözəl xanım məhbuslarımız var ki, onların özünün gözəl əl qabiliyyəti var. Noyabr ayında biz həmin xanımlar ilə görüşdük. Yaxın bir dostumuz Adəm İsmayıl Bakuvinin "Mələk" adlı kitabı var idi. Kitabın mövzusu xanımlar haqqında idi. Biz həmin kitabın orada təqdimatını etdik. Qadına qarşı zorakılıq məsələləri orada öz əksini tapıb. Orada xanımlarımız elə gözəl tədbir keçirdi və sözlər dedilər ki, bizim çox xoşumuza gəldi. Həqiqətən bizə möhtəşəm təsir bağışladı!".

Hüquq müdafiəçisi bu gün həmin qadınların qəddar olmadığı və həqiqətən həyata tutunmaq üçün səbəb axtardıqlarına diqqət çəkib:

"Yaşından asılı olmayaraq onlar bu həyatda nəyəsə tutunmağa cəhd göstərirlər. Bu günləri qeyri-hökumət təşkilatlarına, jurnalistlərə onların həyatları haqqında məsləhət verdik ki, hər bir qadın öz həyatından bir balaca da olsa nəyisə danışa bilsin və onun haqqında kitab hazırlaya bilək. Hələ ki, həbsxanalara getməmiş. Mən qadınlar ilə yaxından işləmək istəyərdim. Bu onlara çox böyük dəstək və motivasiya olardı. Keçmiş xanım məhbuslara kim pensiyaya düşürsə, onlara verilir. İşləyənlərə isə pul ayrılır. Həbsxanada qadınlara edilən şərait çox gözəldir. Biz onları gördük. Özlərinin çox gözəl yataq otaqları və kitabxanaları var. Elə gözəl kollektiv düzəldilir ki, özləri üçün səhnəcik hazırlayır yaxud mahnılar oxuyurlar. Bunların hamısı onlar üçün dövlət tərəfindən yaradılıb".

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, bizim cəmiyyətdə məhbusların cəmiyyətə adaptasiyası ən aktual məsələlərdən biridir. Məhbusların, xüsusilə xanım məhbusların cəmiyyətə adaptasiyası ilə bağlı ciddi məqamlar var. Bununla bağlı uzun illərdir formalaşmış stereotiplər mövcuddur:
Keçmiş qadın məhbusları işlə necə TƏMİN EDƏK? - ARAŞDIRMA" Əgər cinsindən asılı olmayaraq şəxs həbs olunursa, həbsə düşdükdən sonra onlar cəmiyyət tərəfindən stiqmalı münasibət sərgilənir. Bu hal qadınlarda daha kəskin formalaşıb. Belə bir fikir yaranıb ki, bu şəxs məhbusdur və həmin mühit onu başqa cür formalaşdırıb. Məhbusların öz davranış və hərəkət tərzləri olduğunu, normal cəmiyyət insanı ola bilməyəcəyini düşünürlər. Çünki onlar türmə həyatını görür və məhbus həyatı yaşayıblar. Onlara qarşı belə bir stiqma yaradırlar. Bu isə cəmiyyətin fərdə olan sərt basqısıdır. Ümumiyyətlə heç bir insan, heç nədən sığortalanmayıb. Hər bir insanın həyatında bu hallar baş verə bilər. Bunu həqiqətən adekvat qiymətləndirmək lazımdır. Çünki istənilən kişi yaxud qadının həyatında bu baş verə bilər. Bəs bizim cəmiyyətimiz məhbus olmuş qadın yaxud kişilərin cəmiyyətə inteqrasiya və adaptasiya olunmasına nə dərəcədə hazırdır? Həqiqətən burada stereotip yanaşmalar var. Digər tərəfdən iş yerlərində müəssisə sahibləri, iş adamları məhbusların işlə təmin olunmasına selektiv yanaşırlar və tərəddüdlər edir. Amma bilirik ki, bu müəssisələr üzərində öhdəliklər var. Belə ki, iş adamları əmək qabiliyyəti olan hansı məhbuslara yaxud sağlamlığı məhdud olan insanlara öz müəssisələrində iş təmin etməlidir. Əfsuslar olsun ki, bunlara bəzən əməl olunur".

Sosioloqun sözlərinə görə, monitorinq aparsaq görərik ki, müəssisələrdə bu detallara nəzər yetirmirlər. İkinci məsələ odur ki, həbs olunmuş qadınların və kişilərin neçə faizi islah olur və adaptasiya proqramı ilə təmin olunur:

"Mən hesab edirəm ki, penitensiar müəssisələrdə monitorinqlər aparılmalıdır və həmin müəssisələrdə məhbuslarla psixoloji cəhətdən danışıqlar aparılmalıdır. Eyni zamanda məhbusların ailələri ilə görüşü çox ciddi məsələdir. Bəzən məhbuslar ailə üzvləri ilə görüşmək belə istəmir. Xüsusilə qadınlara qarşı acımasız bir münasibət var. Onlara ilə gəlir ki, qadın əgər həbs olunubsa öz əvvəlki vəziyyətinə qayıda bilməz. Bu baxımdan belə yanaşmaların qarşısını almaq üçün məhbusların ailələri ilə mütəmadi olaraq görüşü təşkil edilməlidir. Eyni zamanda müxtəlif adaptasiya priqrmalariu, mədəni-kütləvi tədbirlər vasitəsilə məhbusların cəmiyyət ilə əlaqəsini təmin etmək olar. Eyni zamanda məhbuslara azadlığa çıxmazdan 6 ay yaxud 1 il qabaq onlara əmək yarmarkaları təşkil olunsun. Həbsxanalarda həmin yarmarkalarda məhbusların müxtəlif şirkətlərin, sahibkarların müəssisələrində gələcək iş imkanlarını müəyyən etmək imkanı olsun. Onlara gələcək işlərini qurmaqla bağlı iş imkanları yaradılmalıdır. Eyni zamanda əmək bazarında onlara uyğun peşə-ixtisas təlimləri keçirilməlidir. Çünki onlar bu yolla bəlli bir peşəyə yiyələnib əmək bazarına daxil ola bilər. Bunları daha dərin və kütləvi şəkildə tətbiq etmək lazımdır ki, onlar cəmiyyətə inteqrasiya olunarkən artıq bəlli vərdişlərə malik ola bilsinlər".

Üzeyir Şəfiyev qeyd edib ki, çox vaxt məhbusların bir qismi azadlığa çıxdıqdan sonra cəmiyyətdə özünü tapa bilmirlər:

"Onlar ilə sosial-psixoloji işlər görülməlidir. Onlar əmək bazarına inteqrasiya olunarsa bu zaman həmin məhbuslar eyni cinayəti törətməyəcək. Cəmiyyətin müxtəlif nümayəndələri çox yaxşı olar ki, penitensiar müəssisələrə getsin. Ziyalılar, görkəmli şəxslər məhbusların inteqrasiya prosesinə kömək etsinlər. Həmin şəxslər məhbuslar ilə mütəmadi olaraq görüşlər aparsa və mədəni-kütləvi tədbirlərdə iştirak etsə müsbət nəticə əldə etmək olar. Eyni zamanda cəmiyyətə sosial çarxlar vasitəsilə bununla bağlı mesajlar verilməlidir ki, məhbuslara adekvat yanaşma sərgiləmək lazımdır. Hansısa bir stiqmatik yanaşma yolverilməzdir. Çünki heç kim heç nədən sığortalanmayıb. Onlar bizim cəmiyyətimizin bir parçasıdır. Hesab edirəm ki, həm cəmiyyət, həm ailələr, həm də məhbusların özü ilə iş aparmaq lazımdır. Həbs həyatı yaşayıb, sonradan cəmiyyətə inteqrasiya olunaraq dövlətə, cəmiyyətə töhfə vermiş insanlarla bağlı filmlər, sujetlər, məqalələrin hazırlanması zəruridir. Bunlar haqqında həm məhbuslar, həm cəmiyyət məlumatlı olsalar fayda var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1244   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust