Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZPrezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqəti olaraq Bakıya köçürüb. Sonrakı dövrlərdə də Şamaxı mühüm inzibati və mədəni mərkəz kimi öz əhəmiyyətini qoruyub.

Şamaxı yenidən paytaxt ola bilər? Yaxud, bir neçə böyük qurumları bu şəhərə köçürmək mümkündür?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, bu məsələ ilə bağlı müxtəlif ixtisaslaşmış dövlət orqanları konkret şəkildə rəy bildirməsələr də, ayrı-ayrı qurumların və təhsil müəssisələrinin regionlara köçürülməsi kimi məsələlər daim müzakirə olunur:

"Bu baxımdan bir neçə şəhərin adı vaxtaşırı gündəmə gətirilir. Onların arasında Şamaxının da müəyyən üstünlükləri var. Məsələn, Şamaxının Bakıya yaxınlığı, paytaxt funksiyalarının həyata keçirilməsi üçün müəyyən imkanlarının olması, həmçinin relyefi və digər amillər nəzərə alına bilər. Bununla yanaşı, Yevlax, Xankəndi və Gəncə kimi şəhərlərin adları da bu istiqamətdə aparılan müzakirələr zamanı qeyd olunur. Hər bir şəhərin özünəməxsus və güclü tərəfləri var. Bu məsələyə siyasi aspektdən yanaşdıqda nəzərə almaq lazımdır ki, paytaxt istənilən dövlətin siyasi mərkəzi və əsas idarəetmə məkanıdır. Tarixi baxımdan bəli, Şamaxı Şirvanşahların paytaxtı olub, amma Azərbaycan ərazisində fəaliyyət göstərən müxtəlif dövlətlərin paytaxtları sırasında Bərdə və Qəbələ də olub. Bu baxımdan, tarixi və paytaxt prinsipi ilə yanaşdıqda, Azərbaycan ərazisindəki müxtəlif şəhərlərin bu məsələ üzrə müzakirəyə çıxarılması üçün müəyyən əsaslar var".

Deputat bildirib ki, məsələnin siyasi aspektləri ilə yanaşı, iqtisadi, infrastruktur və digər tərəfləri də mövcuddur:

"Paytaxtın köçürülməsi, yeni paytaxtın salınması olduqca ağır və mürəkkəb prosesdir. Məsələn, Qazaxıstanın paytaxtı Astananın yaradılması zamanı ilkin mərhələdə bu məqsədlə təqribən 8 milyard ABŞ dolları həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutulurdusa, paytaxt tam istifadəyə verilən zaman bu məbləğ 16 milyard dolları keçdi. Sonrakı illərdə də şəhərin inkişafına daha çox vəsait yatırıldığını görürük. Müasir dövrün tələblərinə uyğun yeni paytaxtın qurulması üçün vaxt, maddi resurslar, iqtisadi imkanlar və digər sahələrin bu prosesə uyğunlaşdırılması tələb olunur. Bu isə kifayət qədər ağır və mürəkkəb prosesdir. Ona görə də məsələyə dair hər hansı yekun fikir söyləməzdən əvvəl çoxsaylı amillər və prosesin müxtəlif aspektləri nəzərdən keçirilməlidir. Bu, kifayət qədər dərin araşdırma tələb edən məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8535   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr