Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksək pensiya almaq imkanları da artır.
Bəs yüksək pensiya almaq üçün hansı şərtlər əsas rol oynayır? Pensiyanın məbləğini hansı amillər müəyyən edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, yüksək pensiya almaq üçün şəxsin uzun müddət rəsmi işləməsi və əməkhaqqısına uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi vacibdir.
"Yüksək pensiya almaq üçün şəxsin ya uzun müddət rəsmi işləməsi, ya da yüksək əməkhaqqı alaraq həmin gəlirə uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi gərəklidir. Burada əsas məsələ təkcə əməkhaqqının məbləği deyil, DSMF-yə ödənilən sosial sığorta haqlarıdır.
Məsələn, bir şəxs 2000 manat əməkhaqqı alır, lakin bunun müəyyən hissəsini qeyri-rəsmi şəkildə əldə edir və rəsmi əməkhaqqısı daha aşağı göstərilirsə, gələcəkdə həmin şəxsin pensiyası da buna uyğun formalaşacaq və yüksək pensiya almaq imkanları məhdudlaşacaq", - deyə ekspert bildirib.
G.Hüseynovanın sözlərinə görə, əmək fəaliyyəti dövründə formalaşan pensiya kapitalı da gələcək pensiyanın məbləğinə təsir edən əsas amillərdəndir.
"Şəxsin işlədiyi müddətdə topladığı pensiya kapitalı sonrakı dövrdə onun pensiyasının məbləğinə təsir göstərir. Buna görə də əmək fəaliyyətinin rəsmi şəkildə aparılması və sosial sığorta ödənişlərinin tam məbləğdə həyata keçirilməsi vacibdir", - deyə ekspert vurğulayıb.
Ekspert pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, belə şəxslərin əmək fəaliyyətini davam etdirdiyi müddətdə formalaşdırdığı əlavə pensiya kapitalı müəyyən şərtlər daxilində gələcək pensiya məbləğinə təsir göstərə bilər.
Beləliklə, gələcəkdə daha yüksək pensiya almaq baxımından rəsmi əmək fəaliyyəti müddəti, əməkhaqqının rəsmi məbləği, ödənilən sosial sığorta haqları və formalaşan pensiya kapitalı mühüm əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 72 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabr