Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO

Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTOSeparatçı Ruben Vardanyanın Nobel Sülh mükafatına namizəd göstərilməsinə dair kampaniya son günlər daha da aktual xarakter almağa başlayır.

Belə ki, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın törətdiyi cinayətlərin sayı-hesabı olmasa belə, sülh keşikçisi göstərilməyə çalışılır. Təbii ki, buradakı dəst-xətt hamıya aydındır. Tipik olaraq "görünməyə və göstərilməyə çalışmaq" kampaniyaları Qərb istehsalıdır. Burada da Qərbin maraqları və erməni diasporunun məkrli planlarını sezmək mümkündür. Ruben Vardanyana gəldikdə isə artıq onun sülh mükafatına namizəd kimi obrazının formalaşmasına Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb.

Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukrayna prizmasından hər şey aydındır, Ruben Vardanyan müharibəni dəstəkləyən şəxslərdən biridir və bu mənada Ukrayna üçün əliqanlı bir cinayətkar hesab edilir.

Ukraynaya dəstək verən Qərbin bu cür separatçının təbliğini aparması isə heç bir məntiqə sığmır. Belə olan halda Qərbin ikiüzlü siması ortaya çıxır. Bəs bu prosesin arxasında kimlər və niyə dayanırlar? Heç şübhəsiz burada əli olan ilk ünsür erməni diasporudur. Diasporun resursları və imkanları bu prosesə cəlb olunub, fəal şəkildə istifadə olunur. Erməni diasporunun Qərbdə sahib olduğu imkanlar da hər kəsə bəllidir.

Xüsusən burada ABŞ-dəki diasporu vurğulamaq gərəklidir. Ancaq ən azından Şərqdə yaşayan hər bir insan bilir ki, Qərb maraqları təmin olunmayan heç bir işə qol qoymur, dəstəkləmir. Demək ki, burada həmçinin Qərbin öz maraqlarından da söhbət gedir. Əks halda böyük əzm və reallıqda çox böyük resurslarla dəstəklədikləri Ukraynanı belə görməzdən gələrək bu cür kampaniya başladılardımı?
Cavabsız suallar çox olsa da, bir suala cavab tapmaq mümkün olub. Müqəssirlərdən birinin adı ortaya çıxıb və onun ünvanı heç də təəccüb doğurmur: Amerika Birləşmiş Ştatları... "Edelman" mərkəzi ABŞ-də yerləşən ictimaiyyətlə əlaqələr və marketinq konsultasiyası şirkətidir. Məhz bu şirkət Ruben Vardanyandan "sülhpərvər", "sülh quşu" imici yaratmaq üzərində fəal iş aparır.

Qeyd edək ki, Nobel Sülh mükafatına namizədlər təşkilat komitəsi tərəfindən heç vaxt açıqlanmır, hətta mükafat təqdim edildikdən sonra belə... Ancaq bütün dünyada bir sıra namizədlərin ön plana çıxarılması və reklamı işləri aparılır. Sözügedən şirkət bu sahədə artıq 72 ildir fəaliyyət göstərir və kifayət qədər təcrübəlidir. Qərb və erməni diasporu öz işlərini ehtiyatlı tutublar. Öz riyakar və ikiüzlü oyunları üçün peşəkar komanda toplayıblar...

Ancaq bütün bu kampaniya belə hələ Ruben Vardanyanın namizəd olması anlamına gəlmir və böyük bir cəfəngiyat olmaq yolunda irəliləyir. Ancaq bütün bunlar "Edelman"ın ortaya qoyduğu ikiüzlülüyü kölgə altında qoymamalıdır. Həqiqət ondan ibarətdir ki, hazırda diaspor və ya başqa dairələrin maraq və pulları uğruna sözügedən şirkət canidən, əliqanlı qatildən böyük əzm və bir o qədər riyakarlıqla "qəhrəman" düzəltməyə çalışır.

Sözsüz ki, bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və PR kampaniyası Vardanyanın separatçı, qatil, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz. Ancaq bu kampaniya Qərbin riyakarlığının sərhədləri olmadığını görmək və anlamaq üçün əvəzsizdir. Bütün dünyada nüfuz sahibi olan "Edelman" isə pul və tapşırıq hesabına qatili qəhrəmanlaşdırmağa çalışacaq qədər cılız və iküzlü qurumdur...
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTOVardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTOVardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1063   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun