MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borclarına görə hansı həddə məsuliyyət daşıdığı mühüm hüquqi məsələlərdəndir.
Bəs qanun vərəsələrin bu cür borclardan qorunması üçün hansı qaydaları müəyyən edir? Miras qoyanın borclarına görə vərəsələr hansı hallarda məsuliyyət daşıyırlar və bu məsuliyyətin həddi nə qədərdir? Vərəsə mərhumun borclarını ödəməkdən imtina edə və ya mirası qəbul etməməklə bu öhdəlikdən yayına bilərmi?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında hüquqşünas Emil Nuriyev deyib ki, vərəsələr miras qoyanın borclarına görə qəbul etdikləri miras həcmində məsuliyyət daşıyırlar: "Məsələn, miras qoyanın kreditora (yəni borclu olduğu şəxsə) 20000 (iyirmi min) manat borcu var. Miras isə 10000 (on min) manat dəyərindədir. Bu zaman vərəsənin qəbul etdiyi mirasın dəyəri həcmində öhdəliyi yaranır. Qeyd edilən hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-1315-ci maddələrində göstərilən normalar əsasında tənzimlənir".
Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar: "Bundan başqa mövcud münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 19 aprel 2023-cü il tarixli Qərarında ətraflı şərh edilmişdir".
Hüquqşünas qeyd edib ki, vərəsə şəxsi əmlakı ilə miras qoyanın borcuna görə məsuliyyət daşımır: "Əgər miras qoyanın əmlakı ipoteka ilə yüklü olmuşdursa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə