Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.
APA xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.
Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.
Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.
Həmin yeniliklər aşağıdakılardır:
Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin "ərazi yoxlanışı" bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI