Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb.
11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraların görüntüləri onlara övladlarını tapmaqda kömək edə bilər. Rasimin atası kamera görüntülərinin olduğu yaddaş kartının kameraya məsul olan şəxs Türkiyə vətəndaşı Hüseyn Qoca tərəfindən dəyişdirildiyini iddia edir.
Vasif Xankişiyev bildirib ki, Hüseyn Qocanın Gürcüstanda olduğu ehtimal olunur. Rasimin atası deyir ki, uşağın suda batması ehtimalı sıfıra bərabərdir. Onun boyu 142 santimetr olub. Suyun səviyyəsi isə 60 santimetr.
Hüquq müdafiəçisi Samir Zeynalovun sözlərinə görə, Rasim Xankişiyevin itkin düşməsi ilə bağlı ən vacib ipucu məhz kamera görüntüləri olub.
Həmin görüntülərin yoxa çıxması bütün şübhələri Hüseyn Qocaya yönəldir.
S.Zeynalov bildirib ki, şübhələri Hüseyn Qocaya yönəldən məqamlardan biri də onun sözügedən görüntüləri kiməsə vermək səlahiyyəti olmadığı halda bu işi tutmasıdır.
Samir Zeynalovun sözlərinə görə, Hüseyn Qocanın axtarışları üçün artıq mühüm addımlar atılıb.
Qeyd edək ki, İmişli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayətə iş başlanılıb. İstintaq aparılsa da, dekabrın 27-də Hüseyn Qocaya zəng edən şəxsin kimliyi istintaq tərəfindən bu günə kimi müəyyənləşdirilməyib.
Daha ətraflı APA TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1096 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyun