Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHI

Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHIAzərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycanın Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Konstitusiyasının 98-ci maddəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericilik hazırki seçkilərin erkən keçirilməsinə əsas verir. Yəni yay aylarında seçkilərin keçirilməsi gözləniləndir. Bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər. O, buna səbəb kimi noyabr ayında keçiriləcək COP29-la bağlı tədbirləri göstərib: "Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır".

Belə olan halda, parlamentin üzvlərinin kimlərdən formalaşacağı diqqət mərkəzindədir. Ona görə də iddiası olanlar, artıq fəallaşmağa başlayıblar. Seçkidən seçkiyə fəallaşanlar həmişə olub.

Pravda.az xəbər verir ki, bu dəfə isə mənzərə fərqli olacaq, dövlət və xalq hər zaman fəal olanlara üstünlük verəcək. Ona görə də hazırki deputatların bir hissəsinin VII çağırışda yer almayacağı, xüsusilə siyasi partiya təmsilçilərinin yenilənəcəyi bildirilir. Bütün hallarda hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərinin yeni parlamentdə çoxluq təşkil edəcəyi şübhəsizdir. Onu da qeyd edək ki, hazırki sədr Sahibə Qafarovaya yenidən etimad göstəriləcəyi ehtimalı böyükdür. Müavinlər səviyyəsində dəyişiklik ediləcəyi gözləniləndir. İşğal altında olan torpaqları cəmi 44 günə azad edən ölkənin parlamenti daha da güclənməlidir. İndi müharibə hərb meydanında deyil, diplomatik müstəvidə həyata keçirilir. Prezident İlham Əliyev bu döyüşü də uğurla həyata keçirir. Bu məsələdə deputatların da üzərinə böyük məsuliyyət düşür. Ona görə də yeni çağırış Milli Məclis həlledici olacaq.

Növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını təqdim edirik:

Ülviyyə Ağayeva (bitərəf)

Əminə Ağazadə (bitərəf)

Sahib Alıyev (bitərəf)

Müşfiq Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Nizami Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Məzahir Əfəndiyev (bitərəf)

Jalə Əhmədova (bitərəf)

Jalə Əliyeva (bitərəf)

Rauf Əliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Əhliman Əmiraslanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Ziyafət Əsgərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Oqtay Əsədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Emin Hacıyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Sabir Hacıyev (bitərəf)

Aydın Hüseynov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Sevinc Hüseynova (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Ülviyyə Həmzəyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Malik Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Nurlan Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Səbinə Xasayeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Eldar İbrahimov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Məlahət İbrahimqızı (Yeni Azərbaycan Partiyasının üzvüdür)

İmamverdi İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Şahin İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Pərvin Kərimzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Kəmaləddin Qafarov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Cəbi Quliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Musa Qasımlı (bitərəf)

Sadiq Qurbanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Aydın Mirzəzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Rasim Musabəyov (bitərəf)

Elşən Musayev (Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir)

Anar Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Aqil Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

İlham Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

İqbal Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Məşhur Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Əli Məsimli (bitərəfdir)

Aqiyə Naxçıvanlı (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Könül Nurullayeva (Bitərəfdir)

Bəxtiyar Sadıqov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Əliabbas Salahzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Ziyad Səmədzadə (bitərəfdir)

Vasif Talıbov (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Sədaqət Vəliyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)

İltizam Yusifov (bitərəfdir)

Fatma Yıldırım (Yeni Azərbaycan Partiyasının üzvüdür)

Qeyd: Bu, seçki prosesi olduğundan kiminsə indidən qəti şəkildə seçilməyəcəyini bildirmək mümkün deyil. Amma reallıq ondan ibarətdir ki, hakim Yeni Azərbaycan Partiyası çox güclüdür, irəli sürdüyü namizədlərin əksəriyyəti qələbə çalır. Digər bir məqam ondan ibarətdir ki, əgər hakim partiya hansısa seçki dairəsində güclü bitərəf şəxsin namizədliyinə loyal yanaşırsa, o zaman həmin dairəyə güclü namizəd irəli sürmür. Bir sözlə, hakim partiya seçkilərdə lokomativ rolunu oynayır.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1384   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun