Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi: "Hazırlıq gedir, tapşırıq var"
Sosial şəbəkələrin Azərbaycan seqmentində bir çox istifadəçi ya özünün, ya da yaxınlarının təlimlər üçün orduya çağırıldığına dair paylaşımlar edir. Söhbət mülki şəxslərdən gedir. Bəzi ekspertlər də bu tipli çağırışların normal olduğunu və təlim məqsədi olduğunu deyir.
Bəs reallıq nədən ibarətdir? Təlimlərin məqsədi nədir?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa uyğun olaraq, hərbi vəzifəlilər, ehtiyatda olduğu dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilər:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə olaraq üç ayadək saxlanıla bilərlər.
Birinci dərəcəli əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaşa, kiçik zabitlər 50 yaşa, mayor və polkovnik-leytenantlar 50 yaşa, polkovniklər 55 yaşa, ali zabitlər isə 60 yaşa qədər hər dəfə iki ay müddət olmaqla 5 dəfə, ildə bir dəfədən çox olmayaraq hərbi toplanışlara çağırıla bilər.
İkinci dərəcəli ehtiyatda olanlar əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaşa hər dəfə iki ay müddətinə olmaqla 3 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq çağırıla bilərlər.
Üçüncü dərəcəli ehtiyatda olanlar Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaşadək kiçik zabitlər, mayor və polkovnik-leytenantlar 55 yaşadək, polkovniklər 60 yaş, ali zabitlər isə 65 yaşa qədər bir ay müddətində bir dəfə ehtiyatda olduğu müddətdə hərbi toplanışlara çağırıla bilərlər".
Ekspert bildirib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilər:
"2024-cü il üçün Müdafiə Nazirliyinin döyüş hazırlıq planına əsasən bir neçə hərbi hissədə hərbi vəzifəlilərin may ayının 1-dən növbəti təlim toplanışı davam edir. Bu toplanışlar zamanı ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlıq səviyyəsinin artırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək. Onlar döyüş vərdişlərini hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək imkanı əldə edəcəklər, eyni zamanda da ordumuzun əldə etdiyi müasir silah və hərbi texnikalarının istismar qaydalarını mənimsəyəcəklər".
Ə.Verdiyevin sözlərinə görə, təlimlərə cəlb olunan hərbi vəzifəlilərin iş yeri və ödənişləri saxlanılacaq, əlavə olaraq onların hərbidə, təlimdə olduğu müddət üçün qanunla müəyyən edilmiş vəsait ödəniləcək.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 875 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyun