Almatı görüşündə Qazaxın 3 kəndi və Kərki qaytarılacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.
Əlbəttə ki, sözügedən görüşdə müzakirə predmeti ən çox verilən suallar arasındadır. Xüsusilə danışıqlar nəticəsində Qazaxın 4 kəndinin geri qaytarılması bu istiqamətdə müzakirələrin aktuallığınıda artırdı. Amma bu gün Ermənistan tərəfi təhvil verdiyi 4 kənd haqqında danışsa, Qazaxın 3 kəndi və Kərki haqqında hər hansı bir münasibət bildirmir. Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşdə Qazaxın 3 kəndi və Kərkinin qaytarılması haqqında razılığa gəlinə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Qazaxıstandakı görüşdə əsasən sülh sazişinin mətnin ilə bağlı müzakirələr aparılacaq:
"Çünki sərhədlərin müəyyənləşməsi ilə baş nazirlərin müavinləri məşğul olur. Bununla bağlı irəliləyişdə var. Sərhədlər tədricən müəyyənləşir, dirəklər quraşdırılır və kəndlər qaytarılır. Amma xarici işlər nazirləri daha çox sülh sazişinin mətni ilə bağlı işləyəcəklər. Çünki onlar bu işə cavabdehdirlər. Birbaşa danışıqlar mövcuddur. Heç Qazaxıstan vasitəçi deyil və sadəcə olaraq bura məkan olaraq seçilib. Qazax və Kərki kəndləri gələcək danışıqların predmetidir. Çünki o kəndlər geri qaytarılsa belə, orada yaşayacaq azərbaycanlıların təhlükəsizlik məsələlərinin həll etməliyik. Çünki Ermənistanın içərisindən gedib gələcəklər. Bu hal-hazırda həll olunası məsələuə bənzəmir. Daha çox gələcəyin danışıqlar predmetidir. Hətta mümkündür ki, bu danışıqlar çərçivə sazişindən sonrada davam etsin. Ona görə bu məsələlərin Qazaxıstanda danışılacağını düşünmürəm. Danışıqlar sülh sazişinin mətni olacaq. Amma bir görüşdən real nəticədə gözləmək doğru olmaz".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1267 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyun