Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
"Həmkarımın bu təklifi maraqlıdır. Belə bir modelin tətbiqini nəzərdən keçirmək olar. Öndə olmayıb, arxa cəbhədə olanlar da müharibə iştirakçılarıdır. Amma onun reallaşması böyük vəsait tələb edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deputat həmkarı Qüdrət Həsənquliyevin 44 günlük Vətən müharibəsində arxa cəbhədə olanlara da veteran statusunun verilməsi təklifinə münasibət bildirərkən deyib.
Deputatın fikrincə, burada bir neçə nüans var:
"Belə ki, həmin məsələnin reallaşması kifayət qədər böyük vəsait tələb edir. Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri veteranlara verilən 80 manatla bağlıdır. Onu alanların sayı on minlərlədir. Hamı onun qaldırılmasını istəyir. Amma onun reallaşması üçün kifayət qədər böyük vəsait lazımdır. Bunun üçün nə qədər vəsaitə ehtiyac olduğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imkanları araşdırılmalıdır. Hazırda ƏƏSMN-nin büdcəsi bir neçə milyard manatdır. Müharibəyə gedib, ön sırada olmayanlara da veteran statusu veriləndə həmin kateqoriyalı insanların sayı daha da artacaq. Yalnız təhlil və müəyyən məsləhətləşmələr aparıldıqdan sonra dövlət səviyyəsində hansısa qərarın qəbulu məsələsinə baxıla bilər".
Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dünən keçirilən plenar iclasında Vətən Müharibəsində arxa cəbhədə olanlara da veteran statusunun verilməsi təklifilə çıxış edib: "II Dünya müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən müharibəsində olanları yox. Vətən müharibəmizdə topraqlarımızı işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, bunlar prezidentin sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar. Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 804 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır. xəbər verir ki, qatıq günün hər saatında yeyilə bilən nadir qidalardan biri kimi diqqət çəkir
25 martOqtay Bağırlı FASON AJANS TikTok agentliyinin rəhbəridir
Sosial media sahəsində fəaliyyət göstərən Oqtay Bağırlı FASON AJANS adı altında fəaliyyət göstərən TikTok agentliyinin rəhbəridir. Agentlik TikTok platformasında kontent yaradıcıları və canlı yayım aparıcıları üçün peşəkar xidmətlər təqdim edir. FASON AJANS-ın əsas fəaliyyət istiqamətləri TikTok hesablarını
17 oktyabr 2025"Ermənistan müharibə yolundan birdəfəlik imtina etməlidir" - Bəhruz Quliyev
Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zaman
11 dekabr 2024Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə
9 yanvarBelarus Azərbaycana süd konservlərinin tədarükünə başlayacaq
Belarusun "Rogaçev Süd Konservləşdirmə Kombinatı" Azərbaycanın "Foodini" və "Yaylaq" şirkətləri ilə süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünə dair saziş imzalayıb. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsind
15 oktyabr 2025Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne
29 iyul 2025Çilidə dağın zirvəsində "sirli üz" peyda olub
Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi
5 avqust 2025