Rusiya sülhməramlılarının regionu TƏRK ETDİ: Ermənistan qərb qüvvələrini QARABAĞA GƏTİRİR? - ŞƏRH

Rusiya sülhməramlılarının regionu TƏRK ETDİ: Ermənistan qərb qüvvələrini QARABAĞA GƏTİRİR? - ŞƏRHXəbər verdiyimiz kimi, səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. Sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Xocalıda isə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Əlbəttə ki, Qarabağdan sülhməramlıların çıxmasında marqlı tərəf isə həm Ermənistan, həm də qərb qüvvələridir. Ermənistanda Paşinyan hakimiyyəti əleyhinə etiraz mitinq və digər növ aksiyaları davam edir. İştirakçıların sayından görünür ki, keşiş Baqratın çağırışları ilə sakinləri tərəfinə çəkməyə çalışır. Digər tərəfdən Ermənistan hakimiyyəti hələ də Qarabağa Aİ nümayəndələrinin yerləşdirmək niyyətindədir. Buna cavab olaraq Azərbaycan hansı addımları atacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danşan politoloq Tofiq Abbasov deyib ki, Aİ-nin yeni qüvvələrinin bölgəyə cəlb etmək fikri Ermənistan rəhbərliyində var. Amma Ermənistan rəhbərliyi yaxın zamanda bu fikirdən daşınacaq. Çünki faktiki olaraq, Ermənistan hakimiyyəti vəziyyəti anlayır. Burada onlar heç də Ermənistanın təəssübünü çəkmək üçün gəlməyiblər. Onların özlərinin daha vacib qayələri var:

"Onlar ilk məqsədi İran, Türkiyə və Rusiya ilə bağlıdır. Yəni onlar əsas kəşfiyyat proseslərini qüvvədə saxlayırlar. Çalışırlar ki, öz ölkələrinin xüsusi xidmət orqanlarının sifarişlərini layiqincə yerinə yetirsinlər. Ermənistan onlar üçün sadəcə olaraq plasdarm rolunu oynayır. İndi biz də görürük Ermənistanın daxilində hələ də hərc-mərclik baş alıb gedir. Eyni zamanda xaos yaratmaq istəyən qüvvələr çalışırlar ki, belə bir şərait yaratsınlar. Mən elə düşünürəm ki, Nikol Paşinyan kifayət qədər son zamanlar praqmatikliyə meyl göstərir. Başa düşür ki, xarici institutlar hətta onun özünü əməkdaşlığa cəlb edərək, alternativlərini süzgəcdən keçirirlər. Erməni kilsəsi dini institut olaraq nə ilə məşğuldur? Sadəcə təhrik etmək ilə. Bir halda ki, dindarlar insanları sülhə, barışığa, vətənpərvərliyə çağırmalıdır. Amma onlar bunu etmirlər. Əksinə bir hal baş verir. Onlar siyasi proseslərə əməlli-başlı qatılıblar və iştirak edirlər. Hətta hakimiyyət çevrilişlərinə çağırışlar edirlər. Ona görə də, burada Serj Sarkisyan və Robert Köçəryanın qulaqları görünür. Mən elə başa düşürəm ki, Nikol Paşinyan baş verənlərdən düzgün nəticələr çıxartsın. Bilsin ki, qərb onun üzünə gülə-gülə daha çox böyük ümidlərini özü ilə yox, digər qərbpərəst qüvvələr ilə bağlayır.

Politoloqun sözlərinə görə, vəziyyəti xilas etmək ötrü, Nikol Paşinyan gərək Azərbaycan ilə barışıq məsələsində ciddi olsun. O cümlədən Türkiyə ilə barışıq məsələlərinə diqqətlə yanaşmalıdır. Qərbin müdaxiləsini gözləmədən addımlarını atmalıdır:

"Eyni zamanda sülh müqaviləsi bağlanmalı və regionda vəziyyət sakitləşsin. Bunu qərb istəmir. Onlar bilir ki, bölgədə sakitlik olarsa, onda qərbin "kart"ları öz qüvvəsini itirəcək. Gürcüstanı və Ermənistanı qaynadırlar. Bir tək Azərbaycana toxuna bilmirlər. Azərbaycan bölgənin sabitliyinin qarantıdır. Biz buna zəmanət veririk və güc olduğumuzu göstəririk. Sözün əsl mənasında böyük bir potensialı özümüzdə ehtiva edirik. Əgər Ermənistan qırmızı xəttləri keçərsə, Azərbaycan əməlli işlər görəcək. Yəni biz bu risklər ilə barışmayacağıq. İndi deyək ki, Ermənistan yeni qüvvələr dəvət edib. Ermənistan öz daxilində nə edirsə etsin. Bu onun öz daxili işləridir. Təbii ki, bu dəyişiklər Azərbaycanın diqqətindədir. Bölgəyə əməlli başlı təzyiqlər göstərilir. İndi Ermənistan rəhbəri gərək özü qərar versin. Paşinyan bir şey edə bilməsə hakimiyyəti uduzacaq. Ona görə hesab edirəm ki, bu gün ən böyük məsuliyyət Nikol Paşinyanın üzərindədir. O gərək dost və düşmənini tanımalıdır. Kilsə və onun arxasında dayanan qərbpərəst qüvvələri, kosmopolit dəstələr prosesləri təhlükəli istiqamətə yönləndirirlər. Bu gün Aİ nümayəndlərini Qarabağa və regiona cəlb etmək fikrindən Ermənistan daşınacaq. Çünki bu addım ona müsbət nəticələr verməyəcək".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1093   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun