Köçəryan və Sarkisyanın "qulaq"ları GÖRÜNÜR: Paşinyan cinayətkarları Azərbaycana verir? - AÇIQLAMA

Köçəryan və Sarkisyanın "qulaq"ları GÖRÜNÜR: Paşinyan cinayətkarları Azərbaycana verir? - AÇIQLAMAErməni jurnalist Natali Aleksanyan mətbuata açıqlamasında Robert Köçəryan və Serj Sarkisyanın tezliklə onların Bakı həbsxanasında separatçılar ilə qovuşacaqlarını bildirib. İndiyə qədər Xocalı faciəsi ilə bağlı nə qədər istintaq açıldı. Xocalı cinayətkarları interpola verilmələrinə baxmayaraq ələ keçiirlmədi. Bu gün onlar Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. İrəvanda gedən aksiyalar və tərəfdarların sayına baxsaq, Nikol Paşinyanı dəstəkləyənlərin sayı az deyil. Bu baxımdan onun hakimiyyətdən uzaqlaşması real görünmür. Vaxtilə interpol Xocalı qatillərini Azərbaycana niyə vermədi? Bu gün Paşinyan hakimiyyətdə möhkəmlənmək üçün cinayətkar dəstəni Azərbaycana verıcık?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, zaman-zaman nəinki Bakı həbsxanasında olan separatçıların, eləcə də Robert Köçəryan, Serj Sarkisyanın Azərbaycan məhkəməsində cavab verməsi ilə bağlı məsələlər səsləndirilir. Bu ehtimallar var. Amma onların gerçəkləşməsi nə zaman olması barədə fikir bildirmək çətindir:

"Bu qatillər Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. Etdikləri cinayət onu göstərir. Ohanyan daxil olmaqla onların hamısı cinayətkar dəstələrdir. Vaxtilə bu dəstələrin arxasında dayanan qüvvələr olmuşdu. Rusiya Federasiyası və Fransa kimi dövlətlərin onların arxasında dayanması bir həqiqətdir. Sadəcə onların doğurdan məhkəmə qarşısına çıxarılması və cəzalandırılması müəyyən proseslər ilə bağlıdır".

Siyasi şərhçinin sözlərinə görə, Proseslərin gedişi və verilən açıqlamalar onu göstərir ki, Paşinyan hakimiyyətdə qalarsa, öz mövqeyini gücləndirərsə, Ohanyan, Sarkisyan və Köçəryan məhkəmə qarşısında cavab verəcək. Ancaq bu daha çox Paşinyanın hakimiyyətdə qalıb qalmaması ilə bağlıdır:

"Sadəcə görünən odur ki, bütün bunların baş verməməsi üçün Paşinyan hökumətinə qarşı ciddi şəkildə Ermənistan daxilində və bəzi qüvvələr addımlar atır. Onlar Paşinyan hakimiyyətini devirməyə çalışır. Siyasi yaxud terror yolu ilə. Məsələ isə bundadır. Paşinyan hökuməti devrilməzsə, Sarkisyanlar və digərləri cavab verməli olacaqlar. Hələlik proseslərin belə bir istiqaməti daha güclənib. Amma bunun davam etməsi sual altındadır. Ümid edirik ki, Paşinyan hakimiyyəti devrilməz və onlar məhkəmə qarşısında layiq olduqları cavabı olacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1179   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul