Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT

Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜATBakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub.

Lent.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki kafelərdən birində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olub və qeyri-rəsmi münasibətə başlayıb. Şükür onunla ailə quracağı vədini verib. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edib.

2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən hotellərdən birinə dəvət edib. Qadın iki uşağı ilə həmin ünvana gəlib. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranıb. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq altıncı mərtəbənin pəncərəsindən üçüncü mərtəbənin damına atıb. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, onu pəncərədən Şükür atmayıb, özü tullanıb:

"Şükürlə Bakıda istirahət etmək üçün hotellərdən birinə getdik. Uşaqları qoymağa yer olmadığı üçün onları da özümüzlə hotelə apardıq. Mübahisə zamanı uşaqlara telefonda cizgi film qoşub, onları hamam otağına qoyduq. Şükürü hədsiz dərəcədə sevirdim. Onun sevgisini yoxlamaq üçün otağın pəncərəsini açaraq ora çıxdım. Şükür məni sakitləşdirməyə çalışdı. Şükürü qorxutmaq üçün əlimi pəncərədən çəkdim. O, məni tutmaq üçün cəhd etməsinə baxmayaraq ayağım sürüşərək altıncı mərtəbədən yerə yıxıldım".

Zərərçəkmişin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ziddiyyətlər təşkil edib. O, istintaqdakı ifadəsində onu binadan Şükürün atdığını və dəfələrlə onu ölümlə hədələdiyini bildirib. T.İ ibtidai istintaqdakı ifadəsini Şükürü sevdiyi və onun başqası ilə evlənməməsi üçün tutulmasını istədiyi ilə əlaqələndirib.

Məhkəmədə ifadə verən Şükür Qəmbərov özünü hadisə üzrə təqsirli bilməyərək, T.İ-nin ona ayrılacaqları təqdirdə özünü öldürəcəyini dediyini bildirib:

"T.İ ilə görüşmək üçün hotelə getdik. Ondan ayrılmaq istədiyimi dedim. Lakin o, mənə ayrılacağım təqdirdə özünü öldürəcəyini dedi. Onun sözlərinə inanmadım. Həmin vaxt sakit olsa da, o, pəncərəyə yaxınlaşaraq "özümü buradan atsam ölərəm" ifadəsini işlətdi. Onun qolundan tutub içəri çəkmək istəyəndə başı pəncərənin qırağına dəyib qanadı. Əsəbiləşib onu yerdən qaldırıb, şillə vurdum. Gedib hamam otağında əl-üzümü yudum. Qayıdanda onu yenə pəncərənin qarşısında gördüm. "Haqqını halal et, mən bilirəm ki, sən məni aldadırsan və getdikdən sonra məndən ayrılacaqsan" sözünü dedi və özünü binadan atdı. Sonra özüm təslim olmaq üçün polis bölməsinə yaxınlaşdım".

Ş.Qəmbərov ibtidai istintaqda verdiyi ifadədə bildirib ki, o, qadını binadan aşağı atıb və onu ölümlə hədələyib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təzyiqə məruz qalması ilə əsaslandırıb.

Məhkəmə iclasında şahid qismində dindirilən qadının anası vurğulayıb ki, işdə olarkən qızının Şükürlə bərabər getdiyini eşidib:

"Qızıma zəng elədim, nəvəm açdı telefonu. Anasının yerini soruşduqda isə xətt kəsildi. Yenidən zəng edəndə, bu dəfə telefonu polis əməkdaşları açdılar və məni hotelə çağırdılar. Nəvəmdən soruşanda Şükürün anasını hotelin pəncərəsindən yerə atdığını dedi".

Araşdırmalar zamanı hər iki tərəfin telefonları tədqiq edilib. Şükürlə qadının mesajları və səs yazışmaları ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qadını ölümlə hədələyib.

"Məni biabır elədin. Səni öldürəcəyəm. Səni diri-diri doğrayacağam", - bu kimi hədələyici mesajlar yazıb.

Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin mart ayında çıxardığı hökmlə Şükür Qəmbərov 120.1-ci maddə ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 7 il 10 ay həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1280   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul