Putin Volodinə Rəisi ilə bağlı NƏ DEYİB?
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisini etibarlı tərəfdaş, sözünün sahibi olan adam adlandırıb.
Publika.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb, onun İran Prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcəyini bildirib.
Putin Volodindən İran Prezidentinin vəfatı ilə bağlı başsağlığı verməsini xahiş edib.
"Prezident Rəisinin ölümü ilk növbədə İran xalqı üçün böyük itkidir. O, həqiqətən çox etibarlı tərəfdaş, düz sözlü, özünə güvənən, hər şeydən əvvəl milli maraqları rəhbər tutan insan idi. O, sözünün adamı idi, onunla işləmək mənim üçün həmişə xoş olub. Onunla nəsə razılaşsa idik, razılaşmaların yerinə yetiriləcəyinə hər zaman əmin ola bilərdik", - deyə Putin bildirib.
Vladimir Putin vurğulayıb ki, Rusiya İran ilə münasibətlərin öz axarında davam etməsi üçün hər şeyi edəcək. "Xahiş edirəm, bu sözləri İran rəhbərliyinə çatdırın. Həmkarlarımızın ehtiyacı olarsa, biz onlara faciənin əsl səbəbinin müəyyən edilməsində ekspert dəstəyi və yardım göstərmək üçün hər şey etməyə hazırıq", - deyə Rusiya Prezidenti qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 772 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli inkişaf modeli: Dayanıqlı inkişaf və yeni hədəflər
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanı
9 yanvar 2025Oqtay Bağırlı FASON AJANS TikTok agentliyinin rəhbəridir
Sosial media sahəsində fəaliyyət göstərən Oqtay Bağırlı FASON AJANS adı altında fəaliyyət göstərən TikTok agentliyinin rəhbəridir. Agentlik TikTok platformasında kontent yaradıcıları və canlı yayım aparıcıları üçün peşəkar xidmətlər təqdim edir. FASON AJANS-ın əsas fəaliyyət istiqamətləri TikTok hesablarını
17 oktyabr 2025Qəbələ Dəmiryolu Vağzalından şikayət… sərnişinləri buraxmadılar
Qəbələ Dəmiryolu Vağzalının gözləmə zalına sərnişinlərin girişinə icazə verilmir. xəbər verir ki, bu barədə sərnişin Həsən Hüseynzadə məlumat paylaşıb. O bildirib ki, heç bir sərnişin gözləmə zalına buraxılmır:. "Şikayətim Qəbələ Dəmiryolu Vağzalındandır. Qatarı gözləmək üçün istədim daxil ola
1 aprel 2025Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrdən təqdirə layiq çıxış
29 noyabr tarixində Türkiyənin Sivas şəhərində təhsil alan Azərbaycanlı tələbələrin Sivas FM 88.2 radyosunda Azərbaycanın tanıtımı ilə bağlı program keçirilib . Bu programda Sivasdaki Sultan Şehir Uluslararası öğrenci derneklerinde (UDEF) Azərbaycanlı tələbələrin təmsilcisi ,başkanı olan Diş Həkimliy
10 dekabr 2024Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə
9 yanvar