Dünyanın əldə etmək istədiyi döyüş vasitəsi – Azərbaycan aldı
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin tapılmasında Türkiyənin "Akınçı" PUA-sı birbaşa rol oynayıb. Qərb və erməni mediası Türkiyə PUA-larını "ölümsaçan", "qatil döyüş maşını" kimi təqdim edirdi. Lakin "Akınçı"nın icra etdiyi son axtarış əməliyyatı bu PUA-ların fərqli yöndən önəmini bir daha sübuta yetirdi.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, "Akınçı"nın necə yüksək üstünlüyə malik PUA olduğunu bir daha bütün dünya gördü:
"Axtarış zamanı sözügedən PUA-nın məhdud görmə şəraitində geniş imkanlara malik optik elektron sistemləri barədə əyani sübutlar ortaya qoyuldu.
Ümumiyyətlə, Türkiyə PUA-ları həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Təhlükəsizliyin təmin edilməsində ölkənin əlində olan bütün potensial, PUA-lar hərbi məqsədlər üçün istifadə edilir. Lakin bu dəfə çox mühüm əməliyyatda kifayət qədər yüksək nəticə göstərdi, növbəti uğura imza atdı".
Hərbi ekspertin sözlərinə görə, bir çox ölkələr sözügedən PUA-ları əldə etmək üçün növbə gözləyir:
"Azərbaycan Türkiyənin bir çox silah sistemlərinin ilk istifadəçilərindən hesab olunur. "Akınçı" da ölkəmizə idxal olunub, lakin həmin texnikaların sayı barədə rəsmi məlumat verilməsə də, ehtimal ki, ehtiyac duyulan qədər əldə edilib. Türkiyənin istehsal etdiyi istənilən silah sistemi, avadanlıq rəsmi Bakı üçün daim əlçatandır və ilk olaraq ölkəmizə təklif olunur".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 765 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyun