İran prezidentlərinin faciəvi sonu: Terror qurbanı, ürək tutması, mühacirətdə ölüm...

İran prezidentlərinin faciəvi sonu: Terror qurbanı, ürək tutması, mühacirətdə ölüm...İranın sayca 8-ci prezidenti İbrahim Rəisi mayın 19-da Şərqi Azərbaycan vilayətində helikopter qəzasında həlak oldu. Amma Rəisi prezident postunda həyatını dəyişən ilk İran Prezidenti deyil.

Lent.az İranda 1979-cu ildə şah hakimiyyətinin devrilməsindən sonra təsis edilən prezident postunu tutan şəxslərin taleyinə nəzər salır.

1979-cu ildə İranda hələ prezident postu yox idi və bu funksiyanı Baş nazir yerinə yetirirdi. Mehdi Bazarqan ölkənin ilk Baş naziri və de-fakto prezidenti idi. O, bu postda 9 ay işlədi. Bazarqan tezliklə ali rəhbər Ruhulla Xomeyni ilə fikir ayrılığına görə istefa verdi, bundan sonra siyasətdən uzaqlaşdırıldı və İsveçrənin Sürix şəhərində mühacirətdə öldü.

1. İranın ilk prezidenti Əbulhəsən Bənisədr 1980-ci ilin yanvarında prezident oldu. O, ali rəhbər Ruhulla Xomeyniyə ən yaxın partiya olan "İslam Respublikası" ilə fikir ayrılıqlarından sonra səlahiyyət müddətinin bitməsinə 1,5 il qalmış parlament tərəfindən istefaya göndərildi. Bənisədr edam təhlükəsi altında İrandan qaçdı və Parisdə öldü.

2. İranın ikinci prezident olan Məhəmməd Rəcai, seçildikdən 28 gün sonra hökumət binasında bombanın partlaması nəticəsində həlak olub.

3. Üçüncü prezident Əli Xamenei 2 prezidentlik müddətini tamamladı və İslam Respublikasının birinci lideri Ruhullah Xomeyninin vəfatından sonra onun yerini keçdi. O bugünə qədər İslam Respublikasının ali rəhbəridir.

4. Dördüncü prezident Əkbər Haşimi Rəfsəncani 2 prezidentlik müddətini başa vurmuş, parlamentin spikeri və Ekspertlər Şurasının sədri kimi vəzifələrdə çalışıb. Həyatının son illərində ali liderlə münaqişəyə girib və onu tənqid edib. Siyasətdən uzaqlaşdırıldığı üçün prezident seçkilərində iştirakına icazə verilmədi və öz evində ürək tutmasından öldü.

5. Beşinci prezident Məhəmməd Hatəmi 2 prezidentlik müddətini tamamlayıb. Prezidentlikdən sonra o, informasiya boykotundadır. Hatəmini televiziyada göstərmək və qəzetlərdə dərc etdirmək, radioya dəvət etmək qadağandır.

6. Altıncı prezident, 2 prezidentlik müddətini başa vuran Mahmud Əhmədinejad Tehranda sakit həyat sürür, bəzən hakimiyyəti tənqid edən fikirlər səsləndirir.

7. Yeddinci prezident Həsən Ruhani 2 prezidentlik müddətini tamamladı, ikinci müddətin sonunda siyasətdən uzaqlaşdırıldı. Ona parlament seçkilərində iştiraka icazə verilmədi.

8. Nəhayət, səkkizinci prezident İbrahim Rəisi 3 il bu vəzifədə oldu. O, İranın ali rəhbəri yerinə potensial namizəd hesab edilsə də, 63 yaşında təyyarə qəzasında dünyasını dəyişdi.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1379   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun