SSRİ-ni silkələyən qətl: Azərbaycana beş il rəhbərlik edən Kirovun müəmmalı həyatı

SSRİ-ni silkələyən qətl: Azərbaycana beş il rəhbərlik edən Kirovun müəmmalı həyatıSergey Mironoviç Kostrikov 1886-cı ildə Urjum şəhərində kasıb bir ailədə anadan olub. Atası meşəçi, anası evdar qadın idi. Ailədə yeddi uşaq olsalar da, dördü hələ körpə vəfat edib.

Günlərlə evə gəlməyən, içki düşkünü olan atası Miron bir gün üç körpə övladını xəstə arvadının ümidinə qoyaraq evdən gedib. Sergey tezliklə anasını da itirir. Anası vəfat edəndən sonra iki bacısını nənəsi öz himayəsinə götürür, Sergeyi isə uşaq evinə verib.

Yetimlər evində böyüyən Sergey buranı tərk edərək, inqilabçılarla görüşür. 1904-cü ildə Kazan mexanika-texnika məktəbini bitirən Sergey Kommunist Partiyasının sıralarına yazılır. O, 1905-ci ildən partiyanın tapşırığı ilə tətillər təşkil edir, yığıncaqlar keçirir, gizli mətbuat yaradır və başqa inqilabi işlər aparır. Bu fəallıq polisin diqqətindən yayınmayıb.

Sergeyi həbs ediblər. O, 1909-cu ildə həbsdən qaçaraq, Vladiqafqaza gəlir və "Terek" qəzetində işə başlayıb və 1912-ci ildə ilk dəfə mətbuatda "Sergey Kirov" imzası ilə məqaləsi çap olunub və beləliklə, yetim Sergey "Yoldaş Kirov"a çevrilib. 1917-ci ildə Peterburqda Oktyabr silahlı üsyanında fəal iştirak edən Kirov uzun döyüş yolları keçib. O, 1919-cu ilin yanvarında Orconikidze ilə 11-ci Qırmızı Ordunun Şimali Qafqaza hücumuna rəhbərlik edərək 1920-ci il aprelin 30-da 11-ci Qırmızı Ordu ilə birlikdə Bakıya gəlib.

Yoldaş Kirov 1921-ci ilin iyununda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilib. Kirov Azərbaycana gəldiyi ilk gündən silahdaşları ilə birlikdə neft hasilatının artırılması, neft sənayesinin bərpası və texniki cəhətdən qurulması sahəsində işlər aparıb. Kirovun ömür-gün yoldaşı tərəfdən bəxti gətirmir. Yəhudi qızı Mariya Markusla 20 il ömür sürən Kirov övlad üzünə həsrət qalıb. Çox təkəbbürlü və eqoist olan Mariya Kirov Azərbaycanda birinci katib olarkən açıq-saçıq geyimləri, yüngül hərəkətləri ilə həmişə diqqət mərkəzində olub.

Kirov Leninqrada getdikdən sonra Mariyaya daha çox etinasızlıq göstərir və müxtəlif qadınlarla eşq macərası yaşayıb. Kirov Stalinlə ilk dəfə hələ 1917-ci ildə Sovetlərin ikinci Ümumittifaq qurultayında görüşüb. Sergeyin təmiz, məntiqli nitqi, səliqəli görkəmi ilk baxışdan Stalinin diqqətini cəlb edib.

İlk tanışlıq sonralar möhkəm dostluğa çevrilib. Lakin Stalinin digər dostları kimi çox keçməmiş Kirovun da kitabı bağlanıb. Lenin öldükdən sonra bolşevik rəhbərliyində mövqe üstündə ölüm-dirim mübarizəsi başlayıb. Stalin özünə xas məharətlə rəqiblərini bir-bir aradan götürüb. Leninqradda daha yüksək mükafatlara - "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenlərinə layiq görülən Sergey Mironoviç Kirov 1934-cü il dekabrın 1-də öz iş otağının qapısı ağzında Lev Nikolayevin arxadan tapança ilə açdığı atəş nəticəsində qətlə yetirilib.

Ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 939   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun