Yeni İran prezidenti Zəngəzur dəhlizinin açılması ilə bağlı ADDIMLAR ATACAQ? - ŞƏRH

Yeni İran prezidenti Zəngəzur dəhlizinin açılması ilə bağlı ADDIMLAR ATACAQ? - ŞƏRHİran prezidentinin və nümayəndə heyatinin faciəvi ölümündən sonra hakimiyyətə gələcək yeni prezidentin kim olacağı maraq doğurur. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir. Hazırda isə İran prezidentinin səlahiyyətlərini birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində yerinə yetirəcək.

Digər tərəfdən hələ də Zəngəzur dəhlizinin açılması məsələsi yubanır. İran tərəfi isə Zəngəzur dəhlizinin açılmasını "qirmızı xətt" adlandırırdı. Bəs hakimiyyətə gələcək yeni İran prezidenti Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, İran prezidenti İbrahim Rəisinin faciəvi ölümündən sonra hakimiyyətə gələcək yeni İran prezidenti iki ölkə arasında normallaşma prosesini həyata keçirmək üçün siyasətin davamı aparacaqdır.

"Ümumiyyətlə İran prezident institutunun təsir gücü ali dini lider institutundan aşağı səviyyədədir. Burada prezidentliyə namizəd olacaq şəxsi və prezidenti İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei təyin edir. Bu baxımdan siyasi kursun ondan qaynaqlandığını nəzərə alsaq deyə bilərik ki, İran ali dini lideri vəfat edəcəyi təqdirdə yeni şəxsin kim olacağı təkcə Azərbaycan yox, digər ölkələrin münasibətinə də təsir edə bilər. İbrahim Rəisini əvəzləyəcək yeni İran prezidenti böyük ehtimalla onun siyasətinin davamını aparacaq".

Politoloqun sözlərinə görə, bu siyasət Rəisi və ondan əvvəlki prezidentlər ilə bağlı deyil. Bu məsələ İranda ali dini lider və onun ətrafındakı teokratik rejim ilə bağlıdır:

"Rejimdə xarici qüvvənin hakimiyyətə gələ bilməyəcəyini nəzərə alsaq, deyə bilərik ki, elə bir ciddi dəyişiklik olmayacaq. Zəngəzur dəhlizi isə Azərbaycan və Ermənistan arasında olan bir məsələdir. İran tərəfi bununla bağlı süni maneələ yaratsa da, bunlar rəsmi Bakı və İrəvan arasında müzakirə ediləcək məsələlərdir. Rəsmi Bakı danışıqlar prosesində və heç bir detalında xarici qüvvələrin iştirakını istəmir. Son görüşlər onu göstərir ki, bu istiqamətdə ikili danışıqlar daha effektivdir. İrandakı hər hansı dəyişikliyin bu məsləyə təsir edəcəyini düşünmürəm".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1321   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun