Gömrük Komitəsi ilə bağlı şikayətlərin səbəbi sahibkarlara qan uddurulmasıdır!

Gömrük Komitəsi ilə bağlı şikayətlərin səbəbi sahibkarlara qan uddurulmasıdır!Bu gün Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindən narazılıqlar var. Əsas şikayətlər isə icra hakimiyyətləri, bələdədiyyələr ilə bağlıdır. Çünki çox vaxt vətəndaşın müraciətlərinə baxılmır. Lakin narazılıqların olduğu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adını çəkə bilərik. Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Bəs bunun səbəbi nə ilə bağlıdır?

Əslində sualın cavabı çox bəsitdir. Gömrük komitəsi ilə bağlı şikayətlərin olmasının səbəbi sahibkarlara qan uddurulmasıdır. Ümumiyyətlə Gömrük Komitəsi ilə sahibkarlr arasında münasibətlərdə son vaxtlar yumşalmalar var. Amma hələ də müəyyən məsələlər problem olaraq olaraq. Sözügedən mənzərəyə uyğun bir nümunə göstərə bilərəm. Sahibkar xaricdən mal gətirir. Gömrük Komitəsi qiymətləri özbaşına artırır. Sahibkar xaricdən gətirilən malın çekini göstərir. Gömrük Komitəsindən isə deyilir ki, bu qiymətdir. Gömrük Komitəsində özbaşınalıq çoxdur. Sahibkar razı olmayanda onun gətirdiyi malı buraxmırlar. Azərbaycanda Gömrük Komitəsinin digər qurumlardan fərqi ondadır ki, məhkəməyə gedəndə o qurumlar ilə bağlı effektiv qərar əldə etmək olur. Məsələn: vergidən nümayəndə gəlir və sahibkara artıq vergi yazır. Onu məhkəməyə verəndə problem həll olunur.

Bu gün Gömrük Komitəsini isə Azərbaycanda nadir hallarda məhkəməyə verirlər. Çünki bunun bir mənası yoxdur. Sahibkar xaricdən mal gətirir, Gömrük Komitəsi isə buraxmır. Bu qurumla illərdir məhkəmə çürüsək axı xaricdən gətirilən mal burada korlanır. Burada sahibkarın biznesi dayanır. Sahibkar burada məcburdur ki, Gömrük Komitəsi ilə dil tapsın. O biri dövlət orqanları ilə belə deyil. Əlbəttə ki, illərdir davam edən proses ilə əlaqədar ekspertlər təkliflər irəli sürür. Burada bir mexanizm olmalıdır. Sahibkar və Gömrük Komitəsi arasında mübahisə yaranırsa, sahibkar istəyirsə ki, malı ölkəyə daxil olsun, o zaman qurumu məhkəməyə verməlidir. Məhkəməni udacaqsa, Gömrük Komitəsinə heç bir ödəniş etməyəcək. Əgər məhkəmədə uduzacaqsa Gömrük Komitəsinə ödənişi ödəyəcək. Burada əsas odu mal ölkəyə gəlməlidir. İkinci yol isə müxtəlif bir praktika olmalıdır. Sabah sahibkar Gömrük Komitəsini məhkəməyə verərsə və udursa, qurum ona dəyən ziyanı artıqlaması ilə ödəməlidir. Bu mexanizm yoxdur deyə sahibkarlr bu qurumdan şikayət edir

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1520   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı

Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd

20 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr