Rusiya bu şəhərdə 12 min soydaşımızı qətl etdi...-KÖLGƏDƏ QALAN TARİX

Rusiya bu şəhərdə 12 min soydaşımızı qətl etdi...-KÖLGƏDƏ QALAN TARİX"Bəzi ehtimallara görə, məhz Gəncə üsyanı Azərbaycanın gələcək statusu məsələsinə Moskvanın münasibətini dəyişdirdi. Güman edilir ki, bolşeviklər Azərbaycanı muxtar respublika statusunda Rusiyaya birləşdirmək istəyirmişlər..."

"Üsyanda azərbaycanlılarla yanaşı, bolşevik rejiminə müxalif olan rus və polyak zabitləri də fəal iştirak etmişdilər. Onların əksəriyyəti döyüş meydanında şərəflə həlak oldu..."

1920-ci il may ayının 25-dən 26-na keçən gecə Azərbaycanın qədim Gəncə şəhərində sovet işğalına qarşı böyük xalq üsyanı baş vermişdir. Bu gün həmin şanlı tarixdən 104 il ötür.
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin bu mövzudakı "GƏNCƏ ÜSYANI: QANLA YAZILMIŞ ŞƏRƏF TARİXİMİZ" başlıqlı yazısını təqdim edir:

"Gəncə üsyanı Azərbaycan xalqının öz azadlığı, milli, dini və mədəni dəyərləri uğrunda mübarizə salnaməsinin ən parlaq səhifələrindəndir. Cəmi 5-8 gün davam edən üsyanın gedişində ən azı 12.000 gəncəli şəhid oldu. Şəhidlərin təxminən 8.000 nəfəri mülki əhali, onların da çoxu qadınlar və uşaqlar idi. İyunun 1-də şəhərə daxil olan qırmızılar südəmər körpələri də öldürürdülər. Qırğın və döyüşlər iyunun 4-dək davam etdi. 1920-ci ilin Gəncə qətliamı miqyasına və amansızlığına görə 1918-ci ilin mart soyqırımından geri qalmırdı.

Gəncə üsyanının məğlubiyyətə uğramasının əsas səbəbi qüvvələrin qeyri-bərabərliyi idi. Mücahidlərin sayı 4.000–6.000 nəfərdən artıq olmadığı halda, qarşı tərəfin şəhər ətrafında cəmləşdirdiyi döyüşçülərin sayı 30.000-ə çatırdı. Bundan istifadə edən işğalçılar şəhəri sıx mühasirə halqasına aldılar və üsyanın yayılmasına, genişlənməsinə imkan vermədilər. Bir məsələni də qeyd edək ki, üsyanda azərbaycanlılarla yanaşı, bolşevik rejiminə müxalif olan rus və polyak zabitləri də fəal iştirak etmişdilər. Onların əksəriyyəti döyüş meydanında şərəflə həlak oldu.

Düşmənin itkilərinə gəlincə, Gəncə döyüşlərində öldürülmüş bolşeviklərin sayı 8.000 nəfərdən çox idi. Keçmiş Rusiya imperiyasının ərazisində 1918-ci ildən 1921-ci ilədək davam etmiş vətəndaş müharibəsinin gedişində sovet qoşunları heç bir şəhər uğrunda döyüşlərdə Gəncədəki qədər itki verməmişdilər. XI ordunun bir neçə alay və diviziyası şəhər ətrafındakı bağlarda, eləcə də Gəncənin dar küçələrində tamamilə məhv edilmişdi. Bəzi ehtimallara görə, məhz Gəncə üsyanı Azərbaycanın gələcək statusu məsələsinə Moskvanın münasibətini dəyişdirdi. Güman edilir ki, bolşeviklər Azərbaycanı muxtar respublika statusunda Rusiyaya birləşdirmək istəyirmişlər. Lakin bu və digər üsyanlar onları milli məsələlərə daha ehtiyatla yanaşmağa məcbur etdi.

Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış Azərbaycan dərgisində Gəncə üsyanı haqqında belə yazırdı:
"Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü."

Allah şəhidlərə rəhmət eləsin!.. (Moderator.az


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1168   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun