"Söyüş müxalifəti"nin ifşa prosesi başladı: "Kimlərdənsə pul alıb, ölkəsinə qara yaxmaq müxalifətlik deyil" - Politoloq

"Söyüş müxalifəti"nin ifşa prosesi başladı: "Kimlərdənsə pul alıb, ölkəsinə qara yaxmaq müxalifətlik deyil" - Politoloq"Söyüş müxalifəti"nin daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır.Qarayaxma kampaniyası aparan "söyüş müxalifəti"nə hansı cəza verilə bilər?

Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Azərbaycana qarşı olan qüvvələrin verdiyi mövzular ətrafında danışmaq, reallığı əks etdirməyən fikirlər səsləndirmək Azərbaycanın imicinə zərbə vurmağa cəhddir.

"Azərbaycana qarşı olan qüvvələrin himayəsinə sığınıb, onlardan qonorar alaraq öz ölkəsinə qarşı əsassız, ədəb-əxlaqa zidd fikirlər sözləmək demokratiyanın göstəricisi deyil. Bu hallar daha da zəiflikdir. Bu demokratiyanın verdiyi bir sıra azadlıqlardan, insan hüquqlarından sui-istifadədir. Azərbaycana qarşı olan qüvvələrin verdiyi mövzular ətrafında danışmaq, reallığı əks etdirməyən fikirlər səsləndirmək Azərbaycanın imicinə zərbə vurmağa cəhddir. Bu işi Azərbaycanın bütün düşmənləri görür.

Azərbaycana qarşı fəaliyyət göstərən müxtəlif ölkələrdə gizlənən şəxslər bu işi görür. Onları xaricdə demokratiya adı ilə müdafiə edənlər də bu işin içindədir. Onlar öz vətənlərinə daş atırlar. Hansı ki, onların qohumları, əzizləri bu ölkədə yaşayır. Bu isə ən yüngül şəkildə ifadə etsək satqınlıqdır. Öz dövlətinə, ailəsinə, vətəndaşına qarşı kimlərdənsə pul alıb, ölkəsinə qara yaxmaq müxalifətlik deyil. Müxalifətin hakimiyyətə gəlmək üçün ölkəsinə qara yaxması, əxlaqdan kənar sözlər işlətməsi düzgün deyil. Senzuradan kənar ifadələrlə danışanlara görə, Azərbaycana qarşı təzyiqlərin edilməsi məntiqsizdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1349   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr