Bu dondurmaları ALMAYIN - XƏBƏRDARLIQ!
Artıq havalar isinmək üzrədir. Belə günlərdə isə əksəriyyət sərinləmək üçün dodurma yeyir. Digər tərəfdən, satışda kifayət qədər saxta, keyfiyyətsiz məhsulların olduğu da hər kəsə bəllidir.
Maraqlıdır, hansı dondurmaları istehlak etməliyik?
Bununla bağlı Sfera.az-a açıqlama verən qida eksperti Ağa Salamov deyib ki, sağlam dondurma sağlam qida zəncirində mühafizə olunub istehlakçılara təqdim olunan dondurmalardır. Onun sözlərinə görə, istehsalatda iş sonrası avadanlıqların düzgün yuyulması və dezinfeksiyası şərtdir, əks halda, qida zəhərlənməsi qaçılmazdır:
"Dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir və düzgün dezinfeksiya olunmayan avadanlıqlardan çarpaz çirklənmə nəticəsində məhsulda bulaşma baş verir. Dondurmalar soyuq qida zəncirində mənfi 18 dərəcə soyuducu ilə təchiz olunmuş maşınlarda daşınmalıdır. Marketlərdə isə dondurmaların mənfi 18 dərəcə soyuducularda mühafizə olunması şərtdir. Burada market inzibatçılarının da üzərinə düşən vəzifə dondurucunun qapağının açıq olmaması və mütəmadi nəzarətin gücləndirilməsidir".
Ekspert bildirib ki, bəzən istehlakçılar soyuducudan dondurma götürərkən onun qapağını açıq qoyurlar:
"Bu zaman isti hava kütləsi soyuducuya daxil olur və dondurmalar əriyir. Bir dəfə donu açılıb, ikinci dəfə dondurulan dondurmalar təhlükəlidir və qida zəhərlənməsinə yol açır. Bu, generator ilə təmin olunmayan müəssisələrə də aiddir. Elektrikin getməsi nəticəsində də soyuducularda temperatur dəyişir və bu da dondurma ilə yanaşı, başqa riskli məhsulların donunun açılmasına səbəb olur".
Ekspert donu açılmış məhsulları müəyyən etməyin yollarından da danışıb:
"Əgər dondurma qabı deformasiyaya uğrayıbsa və ya ağızda buz kristalları hiss olunursa, bu cür dondurmalardan uzaq olmaq lazımdır. Bəzən soyuducunun ən alt qatında qalan dondurmaların vaxtı keçmiş olur. İstehlakçılar mütləq dondurmaların son istifadə tarixinə nəzər salmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabr