Mirzə Cəlilə rəhmət oxutduran Baqrat - yada düşən Şeyx Nəsrullah - ŞƏRH + FOTO

Mirzə Cəlilə rəhmət oxutduran Baqrat - yada düşən Şeyx Nəsrullah - ŞƏRH + FOTOErmənistanın siyasi səhnəsində üç rol var - iqtidar, müxalifət və kilsə. Demokratik cəmiyyətlərdə, ölkələrdə iqtidar və müxalifət olur. Ancaq bu ölkədə bir çox məsələlər hələ də başayaq vəziyyətdədir.

İqtidar, yəni Nikol Paşinyanın başçılıq etdiyi hökumət hələ də çıxış yolu tapmaqda çətinlik çəkir, Azərbaycanla münasibətlərin normallaşması üçün üzərinə götürdüyü öhdəliklərə əməl etməmək üçün daim müxtəlif bəhanələr gətirir.

Rəsmi İrəvan ölkənin təcavüzkar, işğalçı mahiyyətli konstitusiyasına yenidən baxıb günün tələblərinə uyğunlaşdırmaqdansa, Azərbaycanın da öz əsas qanununa nəzərə yetirmək istədiyini iddia edir. Yaxud "Türkiyənin Ermənistandan heç bir tələbi yoxdur" deməklə iqtidar nümayəndəsi saxtakarlıq edir.

Müharibədən üç il yeddi aya yaxın vaxt keçib. Ermənistan hakimiyyəti atəşkəs bəyanatında üzərinə götürdüyü öhdəliklərə hələ də əməl etmir. Rəsmi Bakı qarşı tərəfə bir neçə dəfə sülh təklifi irəli sürüb. Ermənistan iqtidarı da özünü işgüzar göstərmək məqsədi ilə Azərbaycanın hərəkətlərini təkrarlayır.

Onların başqa istiqamətdə davranışlarında da qeyri-müəyyənlik davam edir. Məsələn, iqtidar iddia edir ki Rusiyanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub. Təşkilatdan isə bildiriblər ki, nizamnamədə fəaliyyəti dondurmağa dair maddə yoxdur. Bununla belə rəsmi İrəvan yenə də Moskvanın himayədarlığı və təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqına üzvlükdə qaldığını bildirir. Yəni bu iqtidar çox səbatsız bir durumdadır.

Heç müxalifət də hökumətdən fərqlənmir. Bu təbəqə təşəbbüssüz, ideyasız bir qrup ictimai, siyasi və hərbi xadimlərdən ibarət qəbiristanlığı xatırladır. Bu meyit toplumun fəaliyyət göstərmək gücü, qüvvəti, heyi olmadığından onlara alayarımçıq dini savadı olduğu iddia edilən Baqrat Qalstanyan liderlik edir. Bu keşiş daha çox dələduzu xatırladır. Yürüşlər və mitinqdəki çıxışları onu daha çox ifşa edir. O, həm də ümumerməni katolikosu II Qaregenin nümayəndəsi sayılır.

Ermənistan KİV-in yaydığı məlumata görə, "Vətən uğrunda Tavuş" hərəkatının təşkil etdiyi etiraz aksiyalarında iştirak üçün pul paylanması sosial şəbəkədə müzakirə olunub. Bu barədə telefon danışığının səs yazısı ilə əlaqədar cinayət işi başlanıb. Qeydə alınan söhbətin iştirakçıları və aidiyyəti olan başqa şəxslər müəyyən edilib. Bir sıra zəruri istintaq və prosessual hərəkətlər, o cümlədən axtarışlar aparılıb. Nəticədə istintaqı maraqlandıran predmetlər, əşyalar, o cümlədən qrafalarda yazılan şəxslərin adları və adların qarşısında ödənilmiş məbləğlər aşkar olunub.

Bu, Qaregenin və Barqatın qapısına dələduzluğa görə vurulan ilk qoldur.

Ümumerməni dələduz katolikos və onun nümayəndəsi meyit siyasi qüvvələrdən iqtidara qarşı istifadə etməyə çalışır. Baqrat özünü revanşist sayır. "Bəli, özümü revanşist sayıram, ömrümün son saniyəsinədək belə yaşayacam", - o deyib.

Görünür, bu dələduz keşiş (bəlkə ruscası daha güclü ifadə edir - moşennik) istifadə etdiyi ifadənin mənasını bilmir. Revanşizm - fransız dilində "revanche" sözündən götürülüb, "intiqam", "qisas", "heyif çıxma" mənasındadır. Belələri uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyirlər. Bütün hallarda revan həm də "əvəzçıxma" deməkdir. Bu söz ilk dəfə 1870-ci illərdə Fransada işlədilib. Yelisey sarayının Fransa-Prussiya müharibəsindən sonra Almaniyaya verilmiş Elzas Lotaringiya torpaqlarını geri qaytarmaq cəhdini ifadə edib. Həmin dövrdə Fransanın məğlubiyyətinə dair alçadıcı çoxlu rəsm əsərləri çəkilib və ölkədə geniş yayılıb. İkinci Dünya Müharibəsində İtaliya faşistlərinin lideri Mussolini də məğlubiyyətin əvəzini çıxmaq üçün revanşa cəhd göstərib.

Bu baxımdan, Ermənistanda reşvanşistlər indiki şəraitdə bəlli hadisə ilə bağlı Fransanı və Mussolinini xatırladırlar.

Qaregen və Baqrat meyitləri, ölü siyasi, hərbi xadimləri dirildib. Öz sıralarını genişləndirməklə də məşğuldurlar. Qalstanyan bildirib ki, keçmiş prezident Serj Sarqsyanla görüşüb. Yeri gəlmişkən, Ermənistanın bu sabiq dövlət başçısı Baqrata baş nazir olması üçün Kanada vətəndaşlığından yan keçməklə bağlı dələduzluğun yollarını da öyrədib.

Onun diriltmək istədiyi ölülərin siyahısına nəzər yetirək; keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, II Qaregin, kemçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi Onik Osipyan, 6 aylıq xarici işlər naziri Ara Ayvazyan, əməkdar artist, 2018-ci ilədək Sarqsyanın partiyasından deputat olmuş Şuşan Petrosyan, 2016-cı ildən 2022-ci ilədək Ermənistanın baş prokuroru olmuş Artur Davtyan, habelə "Erməni səlibçiləri hərəkatı"nın lideri, silah qaçaqmalçısı Artur Asatryan (ləqəbi "Don Pipo"), Vitali Balasyan, Naira Zoqrabyan, İqor Xaçaturov, İşxan Saqatelyan, valeri Osipyan, Artak Beqlaryan. Ruben Karapetyan və s.

Baqrat fəaliyyəti ilə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesindəki Şeyx Nəsrullahı yada salır. Baqrat da şeyxlə eyni ölkədən, İrandandır. Verdiyi vədlərlə bir-birinə daha çox oxşayırlar. Onun meydanda Paşinyana istefa tələbi "xub get, sən də fikirləş"i xatırladır. Nəsrullahın ölü diriltmək mərəkəsi lap Qalstanyanın Ermənistanın keçmiş dövlət məmurlarını yenidən hakimiyyətə gətirmək istəyinə oxşayır. Onu da qeyd edək ki, Şeyx Nəsrullah ölüləri məhz İrəvanda diriltmək istəyirdi. Baqrat bu xüsusiyyətinə görə də Mirzə Cəlilin qəhrəmanına oxşayır.

C.Məmmədquluzadə pyesin Qoqola həsr olunduğuna işarə edərək yazıb: "Allah sənə rəhmət eləsin, Qoqol". Mirzə Cəlil bununla "Müfəttiş"ə işarə edib. Ermənilər, heç olmazsa, indi "Ölüləri" oxusa, onda Baqratın aksiyasına diqqətlə baxıb yəqin belə deyərdi: "Hayestvas, Mirzə Cəlil" - "Qəbrin nurla dolsun, Mirzə Cəlil". (Report.az)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 930   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr