Meyvə şirələri haqda şok açıqlama

Meyvə şirələri haqda şok açıqlamaTanınmış uroloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl sosial şəbəkədə meyvə şirələri haqda maraqlı yazı ilə çıxış edib.

Bildiyimiz şirin dadı verən təbii karbonhidratlar adi şəkərdən tutmuş düyüyə qədər bir çox qida maddəsində vardır. Biz bunlara bir yerdə şəkərlər deyirik. Ən sadə şəkər molekulu qlükozdur. Təbii halda praktik olaraq rast gəlinmir. Tək zəncir karbonhidratdır. İki qlükoz molekulu birləşərək, saxaroz molekulunu əmələ gətirir. Yəni şəkər, qənd deyə bildiyimiz molekulu. Təbii halda ən çox şəkər qamışında, çuğundurda, yerkökündə mövcuddur.
Saxarozun şirinliyi standart olaraq qəbul edilir. Ona 100 xal veririk.
Tək qlükoz molekulunun şirinliyi 70 xal ətrafındadır. Yəni iki qlükoz molekulundan əmələ gələn saxaroz tək qlükoz molekulundan daha şirindir (100 xal). Amma saxaroza daha çox qlükoz molekulu qoşduqca şirinlik azalır. Məsələn, çörəkdə, düyüdə və s. mürəkkəb karbonhidratlarda qlükoz molekulu saxarozdan daha çoxdur və dolayısıyla şirinliyi də saxarozdan daha azdır.

Təbiətdə iki şəkər növü daha vardır. Biri süddə rast gəlinən laktozdur və şirinliyi 34 ətrafındadır. Amma bir də fruktoz molekulu vardır. Tək başına bir fruktoz molekulu təbiətdə rast gəlinmir. Bir fruktoz molekuluna bir dənə qlükoz birləşərək, bildiyimiz bütün meyvələrdə var olan meyvə şəkəri əmələ gəlir.

Fruktoz dünyada ən şirin molekuldur. Ona 140 xal veririk.

Birinci şəkildə gördüyünüz kimi qlükoz və laktoz 6 ədəd karbon bağı yaradır. Təkcə fruktoz isə 5 ədəd karbon bağı yaradır.

Qlükoz və laktoz bədəndə istənilən hüceyrə tərəfindən eyni mexanizmlə işlədilir. Biz buna Krebs dairəsi deyirik. Axırda karbon qazı, su və enerji alınır. Fruktoz isə unikal quruluşundan dolayı ancaq qaraciyər hüceyrələrində işlədilir. Daha doğrusu, birtəhər yola verilir. Çünki qaraciyərdə fruktozu parçalayan mexanizmlə bildiyiniz spirti, yəni etanolu parçalayan mexanizm praktik olaraq eyni şeydir.

Faktiki olaraq bədən üçün meyvə şəkəri və spirt eyni şeydir. Alkohol məst etsə də, fruktoz kefləndirmir. Fruktoz kefləndirməyən spirtdir.

İkinci şəkildə gördüyünüz məqalənin adı da elə belədir: Fruktoz kefləndirməyən spirtdir.

Meyvələrin əksəriyyəti həzm edilməyən liflərlə birlikdə gəlir. Bu liflər eynilə süngər kimi fruktozu özünə hopdurur və tərkibindəki fruktozu yavaş-yavaş həzmə buraxır. Məsələn, almanın, üzümün qabığı çox gözəl lifdir. Həzm edilmir. Amma özünə fruktozu hopduraraq bədənə yavaş-yavaş verdiyi üçün liflər əvəzedilməz faydaya malikdirlər.
Siz meyvənin sıxaraq şirəsini çıxarırsınız. Ərinmədən zibilə tulladığınız o püre şəklindəki qalıq isə haqqında danışdığımız liflərdir.
Meyvənin şirəsini çəkərək onu faydalı, sizin orqanizminizi qoruyan liflərdən təmizləyib tərkibindəki fruktoz miqdarını artırırsınız.

Təkbaşına iki alma, bir banan, 1/4 balqabaqla doyacağınız halda, onların şirəsini çəkərək iki alma yerinə 5-ini, bir banan yerinə ikisini, 1/4 balqabaq yerinə artıq yarısını tükətmiş olursunuz.

Çox miqdarda meyvə yemək zərərlidir. Meyvə şirələrinin hamısı, evdə sıxılanı belə, zərərlidir. Az miqdarda, başqa yeməklərdən ayrı, xüsusilə şirinliyi az olan meyvələri yemək faydalıdır.

Meyvənin tərkibindəki bəzi maddələr hədsiz faydalıdır. Məsələn, portağalın tərkibindəki C vitamini sizi soyuqdəymədən qoruyur. Narın tərkibindəki polifenollar xərçəngdən qoruyur. Amma portağalın da, narın da suyunu sıxıb içməklə faydadan çox zərər alırsınız.

Doğrusu, nar suyu yenə də faydalı ola bilər. Yetər ki, ancaq 150 qram içəsiniz. Gündə bir dəfə, həftədə 5 gün.

Xroniki meyvə şirəsi içməklə gündəlik spirt içmək eyni təsirə malikdir.

Üçüncü şəkildə spirt və meyvə şəkərinin yaratdığı xəstəliklərin nə qədər bir-birinə bənzədiyini görə bilərsiniz.

Bizdən deməsi, yaxşısını özünüz bilərsiniz.

Mənbə: ailəm.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2857   Tarix: 07 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

"Dağıdıcı pandemiya" barədə XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatı dünyanın bütün ölkələrinin yeni "dağıdıcı pandemiya" ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. -ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, buna səhiyyə xidmətlərinin xəstəlikləri düzgün izləyə bilməməsi səbəb ola bilər. ABŞ milli kəşfiyya

17 mart
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel