Qaradağda minik avtomobilinin maneə çırpılması nəticəsində 1 nəfər ölüb

Qaradağda minik avtomobilinin maneə çırpılması nəticəsində 1 nəfər ölübBakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gündəlik xronikasında bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar", – məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

"Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", – xilasedicilər diqqətə çatdırıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 630   Tarix: 09 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

9 yaşlı uşağın dilinə bıçaq batdı

Kemalpaşa məhəlləsi, Mert küçəsində yerləşən evdə 9 yaşlı Ümmügülsüm A. bıçaqla kumbarasını açmağa çalışarkən qəza baş verib. türk mediasına istinadən xəbər verir ki, bu zaman əlindən çıxan bıçaq onun dilinə batıb. Dilindən xəsarət alan uşaq dərhal hadisə yerinə çağırılan Təcili Tibbi Yardım maşını il

12 iyun
.

Ziya Bünyadov prospekti yaxınlığında baş verən yanğın söndürülüb

Bakıda Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. *15:30. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. B

12 iyun
.

13 yaşlı uşağın yumruq atdığı 15 yaşlı yeniyetmə həyatını itirdi

Boluda parkda baş verən dava faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Kültür Parkda 13 yaşlı S.Ş. ilə 15 yaşlı A.Ö.T. arasında mübahisə yaranıb. Mübahisə zamanı S.Ş.-nin yumruq zərbəsi almış A.Ö.T. yerə yıxılıb və huşunu itirib. Hadisə yerinə çağırılan təcili tibb

13 iyun
.

Victorias Secret müflis olmaq üzrədir

Victoria’s Secret müflis olmaq ərəfəsindədir. Demək olar ki, mənfəət yoxdur Dünyaca məşhur qadın alt geyimləri brendi Victoria’s Secret & Co. moda dünyasında aktuallığını qorumaq uğrunda mübarizəni davam etdirir. Şirkət cari rüb üzrə mənfəət proqnozunu açıqlayıb və bu proqnoz Wall Street-i qane etməyib

13 iyun
.

Avtobusun altında qalaraq FACİƏVİ ŞƏKİLDƏ ÖLƏN ŞƏXSİN FOTOSU

Xəbər verdiyimiz kimi, dünən saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində piyada avtobusun altında qalaraq ölüb. "Unikal" həmin şəxsin fotosunu əldə edib. Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafiz

15 iyun
.

Ər-arvad binadan yıxıldı, qadın öldü

Rusiyanın Sankt-Peterburq şəhərində ər-arvad binadan yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Vıborqski rayonunda, Lesnoy prospektində baş verib. 41 yaşlı kişi və onun 46 yaşlı arvadı beşinci mərtəbənin pəncərəsindən yıxılıblar. Nəticədə hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlə

13 iyun
.

Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

Rusiyanın Sankt-Peteburq şəhərində 10 yaşlı uşaq onuncu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə rayonun Şuşarı kəndində baş verib. İlkin məlumata görə, uşaq otağında tək oynayırmış, valideynləri isə başqa otaqda olub. Həkimlər hadisə yerinə gəlsələr də, azyaşlın

13 iyun
.

Qardaşının silahı ilə oynayan yeniyetmə səhvən bacısını güllələyərək öldürdü - FOTOlar

Kütahyanın Tavşanlı rayonunda baş verən faciə ailəni yasa boğub. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, 15 yaşlı O.Y. evdə masanın üzərində qalmış silahı götürərək ehtiyatsızlıq nəticəsində bacısı Nisanur Yakına atəş açıb. Güllə yarası alan gənc qız hadisə yerində dünyasını dəyişib

13 iyun
.

Festivalda vaxtı keçmiş məhsullar aşkarlanıb – İctimai nəzarət orqanının nümayəndəsi gizli etiketi ifşa etdi

Bilecikdə keçirilən "Kuymak Festivalı" zamanı ictimai nəzarət orqanının nümayəndələri tərəfindən aparılan yoxlamalar zamanı bir sıra ciddi pozuntular aşkarlanıb. türk mediasına istinadən xəbər verir ki, yoxlama zamanı açıqda satılan doldurma, tomat və etiketsiz məhsullar satışdan yığışdırılıb

13 iyun